Təqvim
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir (+ViDEO)
23 iyul 2019 - 16:45

Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir.

 

1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.

Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı Milli Qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.

Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb.

Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tеzliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində dalğalanacaq - işğal altındakı torpaqlarımız azad ediləcək. 

 

AZƏRTAC

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Xeyriyyəçi - şair Gülağa Tənha "DÜNYAYA XİTAB" - Dahi rəhbərimiz Heydər Əliyevin məzarı üstündə düşüncələr20:50, 11 dekabr 2019
Əhməd Cəfəroğlunun 120 illik yubileyi: Üç günlük elmi-praktik konfrans başladı (+FOTOLAR)11:25, 10 dekabr 2019
İlham Əliyev “Bakutel-2019” sərgisində Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verib (+FOTO) 23:27, 08 dekabr 2019
Filarmoniyada V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib (+FOTOLAR) 16:11, 05 dekabr 2019
Balaca gimnastımız Mina Abbasova 1 ayda 4-cü medalını qazandı (+FOTOLAR) 18:11, 03 dekabr 2019
İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimdə iştirak edib (+FOTOLAR) 00:18, 03 dekabr 2019
Azərbaycanın yeni Ombudsmanı kimdir? - TƏRCÜMEYİ-HAL22:31, 02 dekabr 2019
Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb - SİYAHI22:21, 02 dekabr 2019
Bu şəxs İlham Əliyevin köməkçisi təyin olundu 21:48, 29 noyabr 2019
Elmira Süleymanova yeni Ombudsmanın seçilməsinə münasibət bildirib 17:44, 29 noyabr 2019
Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir (+FOTOLAR) 17:26, 29 noyabr 2019
25 ölkəni təmsil edən gənc beynəlxalq konfransda işğalçı Ermənistanı qınadı (+FOTOLAR) 17:17, 29 noyabr 2019
Bakıda uşaq bağçalarındakı nöqsanlar aşkarlandı - RƏSMİ13:17, 29 noyabr 2019
Azərbaycanda dəşətli hadisə: 3 günlük körpəni küçəyə atdılar13:04, 29 noyabr 2019
YAP-ın Siyasi Şurasının iclasında deputatlara Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyə olunub 17:58, 28 noyabr 2019
“Süni dəri” yükündən 304 kiloqramdan çox heroin çıxdı (+FOTOLAR) 17:30, 28 noyabr 2019
“Kəlağayı: ipək qanadlar” batika və kəlağayı sərgisi açılıb (+FOTOLAR) 17:12, 28 noyabr 2019
TOVUZ RAYON AŞIQ HÜSEYN BOZALQANLI ADINA AZƏRBAYCAN AŞIQ SƏNƏTI DÖVLƏT MUZEYİNİN TOPLUSUNA MƏXSUS EKSPONATIN 3 GÜN ƏRZİNDƏ BƏRPASI (+FOTOLAR) 17:00, 28 noyabr 2019
“Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin milli ideologiyası” adlı layihəsi əsasında,Rusiyadakı Azərbaycanlı gənclərinin toplantısı keçirilmişdir (+FOTOLAR) 16:45, 28 noyabr 2019
İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib (+FOTOLAR) 23:43, 26 noyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə