Təqvim
Mərkəzi Elmi Kitabxana “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihəni təqdim edib (+FOTOLAR)
28 iyun 2019 - 14:46

Canveten.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihənin təqdimatını keçirib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova birgə əməkdaşlıq çərçivəsində Georq Hazainin şəxsi kitabxanasına MEK tərəfindən elektron kataloq və rəqəmsal bazanın təqdim edilməsi, Macarıstan Prezidenti Yanos Aderin qərarı əsasında hər iki ölkənin elmi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə MEK-in Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilməsi,Macarıstan Elmlər Akademiyası tərəfindən kitabxanaya tanınmış elmi jurnalların və Georq Hazainin şəxsi kitabxanasının türkologiya aid hissələrinin hədiyyə edilməsi, Macarıstan səfirliyinin dəstəyi ilə macar şairi Mikloş Radnotinin “Bir Dəli Yağış” adlı şeir toplusunun təqdimatı və ümumilikdə macar müəlliflərinin Azərbaycan dilinə tərcümələri, Georq Hazai Ev-Kitabxanasının elektron kataloqunun dünya informasiya məkanına inteqrasiya istiqamətlərində əhəmiyyətli  addımlar olaraq dəyərləndirib.

MEK-in Vikipediya Metodik Mərkəzinin Macarıstanla bağlı fəaliyyətindən danışan L.İmanova layihənin MEK-in Milli Rəqəmsl Yaddaş və İnformasiya təhlükəsizliyinin təmini kimi  strateji hədəflərin tələblərinə cavab verməsindən, beynəlxalq aləmdə “Kitabxanada vikipediya” modelinin tətbiqinin effektivliyindən, layihənin işlək və davamlı olmasından, layihədə diplomatik nümayəndəliyin, fundamental informasiya qurumu olan elmi kitabxananın və könüllülərin sistemli şəkildə çalışmalarından, layihə nəticəsində çoxşaxəli informasiya toplusunun yaradılmasından, fəaliyyətə ali məktəblər tərəfindən marağın yaranmasından, iş prosesində komandanın və könüllülərin yeni bilik və bacarıqlara yiyələnməsindən danışıb. AMEA rəhbərliyinəvə Macarıstan səfirliyinəbu unikal layihəyə dəyər və dəstək verdiklərinə görə təşəkkür edib.

MEK rəhbəri kitabxananın vikipediya fəaliyyətinin beynəlxalq ekpertiza tərəfindən də yüksək qiymətləndirildiyini, Macarıstanla bağlı layihənin bundan sonra da davam etdiriləcəyini və gələcəkdə mindən çox viki-məqalənin hazırlanacağını vurğulayıb.

Tədbirdə MEK-lə qarşılıqlı əməkdaşlıqdan söz açan Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyikitərəfli münasibətlərin Azərbaycan-Macarıstan elmi-mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini bildirib. V.Szederkenyi ötən müdət ərzində səfirliyin kitabxana ilə birgə təşkil etdiyi “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans, “Bakıda Macarıstan günləri”nin, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq Georq Hazai, siyasi-ictimai xadim İştvan Seçeni və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbirləri xatırladıb. Səfir MEK tərəfindən Macarıstanın əhalisi, adət-ənənələri, coğrafiyası,ədəbiyyatı, tarixi və mədəni irsinə dair 261 viki-məqalənin və portalın hazırlanıb AzərbaycandilliVikipediyada yerləşdirilməsi layihəsinə xüsusi toxunub.Məqalələrin hər birinin səfirlik tərəfindən xüsusi diqqətlə oxunduğunu və peşəkarlıqla hazırlandığınıqeyd edib.

Kitabxananın bu layihəsinin Macarıstanla bağlı məlumatların əldə edilmıəsi üçün əlverişli elektron yol hesab etdiyini deyən diplomat səfirliyin də layihənin davam etməsi üçün maraqlı olduğunu söyləyib.AMEA və MEK-in rəhbərliyinə, eləcə də kitabxananın kollektivinə birgə əməkdaşlığı dəstəklədiyi üçün minnətdarlığını bildirib.

Sonraçıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliAzərbaycan- Macarıstan ikitərəfli elmi-mədəni əlaqələrinin genişləndirilməsində səfirlik və MEK-in birgə fəaliyyətini yüksək qiymətləndirib.

Akademik İsa Həbibbəylitürkologiyanın inkişafında macar alimlərin rolundan, Macarıstan Elmlər Akademiyasının institutlarının AMEA-nın institutları ilə elmi əlaqələrindən söz açıb. Bumünasibətlər zəminində əldə edilmiş nəticələrin son dərəcə əhəmiyyətli olduğunu deyib. Çoxşaxəli əməkdaşlığın ölkələrimiz arasında elmi və ictimai-siyasi əlaqələrin inkişafına böyükfayda verəcəyinə əminliyini bildirib.

Akademik MEK vikipediyaçılarının ölkəmizdə vikipediya hərəkatında qabaqcıl rol oyandığını xüsusi vurğulayıb. Onların Azərbaycan və dost ölkələrlə bağlı reallıqların təbliğinə mühüm töhfələr verdiyini qeyd edib.

SondaMEK-in Sərbəst ensiklopedik resurslar şöbəsinin əməkdaşları – Mahirə Niftullayeva və Nuray TanrıverdiyevaMEK və Macarıstan səfirliyinin birgə əməkdaşlığıvə  “261 + 1” layihəsi mövzusunda təqdimatla çıxış ediblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə