Təqvim
Özbəkistanın “Ədəbiyyat” qəzeti xüsusi buraxılışını dahi Azərbaycan şairinə həsr edəcəkdir (+FOTO)
29 may 2019 - 20:56

Canveten.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin “Ədəbiyyat” qəzetinin baş redaktoru Baxtiyor Karim arasında görüş keçirilib.

Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Samir Abbasov Özbəkistanın “Ədəbiyyat” qəzeti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə təşkilatlar arasında əməkdaşlığa dair Memorandumun imzalanması təklifi ilə çıxış edib.

Özbəkistanda Azərbaycan ədəbiyyatına daim böyük maraq olduğunu bildirən diplomat, Azərbaycan və Özbək ədəbiyyatının nümayəndələrinin daim bir-birindən bəhrələndiyini qeyd edib. O, “Ədəbiyyat” qəzetinin gələcək nömrələrində Azərbaycan şairlərinin şeirlərini, habelə ədəbiyyat nümayəndələrinə dair daha çox materialların, məqalələrin dərc olunmasının arzuladığını vurğulayıb.

Samir Abbasov 2019-cu ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar il ərzində Özbəkistanın “Ədəbiyyat” qəzetinin xüsusi buraxılışının dərc olunmasını və bu buraxılışın bütövlükdə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmasını təklif edib. O, bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin bütün təşkilati işləri öz üzərinə götürə biləcəyini söyləyib.

Özbəkistanın “Ədəbiyyat” qəzetinin baş redaktoru Baxtiyor Karim rəhbərlik etdiyi qəzet haqqında məlumat verərək  ədəbiyyat sahəsində Özbəkistanda ən böyük mətbu orqan olan qəzetin öz ətrafına on minlərlə oxucu aiditoriyası topladığını qeyd edib. O, “Ədəbiyyat” dövlət qəzetinin  növbəti saylarında Azərbaycan ədəbiyyatına yer ayıracağını bildirib və gələcəkdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq etmək arzusunu dilə gətirib.

Samir Abbasov Azərbaycanda buraxılan “Ədəbiyyat qəzeti” haqqında məlumat verib, ölkədə ədəbi mühitin yetişməsində, formalaşmasında, habelə gənc istedadların yaradıcılığının dəstəklənməsində qəzetin əhəmiyyətini qeyd edib və gələcəkdə hər iki ölkənin qəzetləri arasında  əlaqələrin yaradılması, əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Baş redaktor, tanınmış jurnalist Baxtiyor Karim Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, məhz Mərkəzin fəaliyyəti nəticəsində Özbəkistanda böyük tərcüməçilər məktəbinin formalaşdığını, Azərbaycan ədəbiyyatına marağın daha da artdığını, Mərkəzin layihəsi ilə çoxsaylı kitabların işıq üzü gördüyünü bildirib.

O, Samir Abbasovun “Nəsimi ili” ilə əlaqədar təkliflərini, birgə layihələrə dair irəli sürdüyü fikirləri müsbət qarşılayaraq əməkdaşlığa hazır olduğunu ifadə edib.

Tərəflər yaxın günlərdə əməkdaşlığa dair Memorandumun hazırlanması barədə razılıq əldə ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə