Təqvim
“Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası”
22 may 2019 - 14:21

XX əsrin ilk onilliyi Azərbaycan ədəbiyyatına yeni ədəbi təmayül və yaradıcılıq metodları, janr və üslub müxtəlifliyi gətirmiş sənətkarların dərin məzmunlu əsərlərilə zəngindir. Bu pleyadada çoxşaxəli bədii fəaliyyəti ilə bənzərsiz irs qoymuş şair, dramaturq, hekayəçi, mühərrir, kinossenarist, rejissor, aktyor, eyni zamanda ictimai xadim Cəfər Cabbarlının xüsusi yeri vardır. 

Bu il anadan olmasının 120-ci ildönümü qeyd olunan  ədibin, otuz beş illik ömür  yolunda yaratdığı dəyərli əsərlər vətənpərvər duyğuların oyanışına, dilimizin saflığına, azadlıq və istiqlal məfkurəsinin, o cümlədən, azərbaycançılıq ideyasının intişarına misilsiz xidmətlər göstərmişdir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədbiyyatı Muzeyində Cəfər Cabbarlının anadan olmasının 120 illk yubileyi “Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası” adlı elmi sessiya ilə qeyd olundu. Muzeyin direktoru akademik Rafael Hüseynov tədbiri “Müasirimiz Cəfər Cabbarlı”  adlı məruzə ilə açaraq qeyd etdi ki, yaradıcılığı milli oyanış ideyalarının carçısına çevrilmiş Cəfər Cabbarlı, Azərbaycan Xalq Cümhuriyyətini alqışlayan milli ruhlu ziyalı, dramaturgiyamızın 1920-1932-ci illər mərhələsinin təməlini qoyaraq klassik nümunələrini yaratmış ilk yazarlardandır. Cəfər Cabbarlı baharda dünyaya gəlmişdi. O yaşadığı qısa ömür yolunda  Azərbaycanın istiqlalına xidmət etmiş, öz işi, əməli, yaradıcılığı ilə azərbaycançılıq ideyasını təbliğ etmişdir. 
Akademik vurğuladı ki, Azərbaycanın istiqlal tərənnümü yolunda xidmətlər göstərmiş insanların adları ilə yanaşı, istiqlal şairi, ədibi epitetini işlədirik. Fikrimcə, Cəfər Cabbarlı ən böyük istiqlal şairimiz, yazıçımızdır. İstiqlal məfkurəsi Cabbarlı yaradıcılığında qaynar xətt kimi keçir, onun bir insan olaraq fəaliyyətinin məğzini təşkil edir. Cabbarlı gözəl tədqiqatçı, şair, nasir, tərcüməçi, ədəbiyyat tənqidçisi idi. O bu işləri sevərək gördüyündən bütün sahələrdə yüksək keyfiyyətli nümunələr yaradırdı.
Muzeyin direktoru bildirdi ki, C.Cabbarlı 1934-cü ildə 35 yaşında dünyasını dəyişməsəydi, 1937-ci ildə mütləq repressiya qurbanı kimi güllələnəcəkdi. Çünki böyük dramaturq Azərbaycanın müstəqilliyi, inkişafı, tərəqqisi uğrunda mübarizə aparan insanların önündə gedirdi. O 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı ilə heç cür barışa bilmir, əsərlərində məcazlarla, rəmzlərlə müstəqilliyimizin bərpası uğrunda mübarizəyə səsləyirdi.  
Tədbirdə həmçinin ömrünün 35 ilini Cəfər Cabbarlı irsinin tədqiqinə həsr etmiş filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, muzeyin “Ədəbi mərasimlər və nəşrlər” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın “Onun sənət məbədi”, “Ekspozisiyanın qorunması, izahı, audio-video müşayiətin təmini” şöbəsinin kiçik elmi işçisi, muzeyin qadınlar təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Cəfər Cabbarlının qiymətli dəfinəsini hifz edən Nizami Muzeyi”, “Mədəni irs və mənbəşünaslıq” şöbəsinin baş fond mühafizi Ülviyyə Həsənovanın “Cəfər Cabbarlı məktublarında olduğu kimi” adlı məruzələri dinlənildi. 
Sonda Cəfər Cabbarlının ev muzeyin direktoru və eyni zamanda da C.Cabbarlının nəvəsi Qəmər Bağırova babasının yaradıcılığına verilən böyük qiymətə görə, 120 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayan dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirdi, tədbirin yüksək səviyyədə təşkilinə görə muzeyin rəhbərliyinə minnətdarlıq etdi.
Tədbir iştirakçıları Cabbarlının həyat və yaradıcılığını təsvir edən maraqlı sərgi ilə də tanış oldular. 

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə