Qələbəni üfüqdən hiss etmək, duymaq lazımdır, əmin olmaq lazımdır ki, qələbə səninlə olacaq! Və... Çörçill demiş: "qələbə şirin ağzındadırsa belə, əlini sal, çıxart!" Əfəndilər, ledi ənd centlmenlər, xahiş edirəm, gülümsəyin... kədərə, dərdə, acıya-ağrıya... onu mahnı sədaları altında qarşılayın, simfoniya ilə yola salın! ... Bir dəfə əsgərlikdə olanda ağdamlı dostumuz Ənvər Əmrahov qanı üzünə vurmuş halda, dəli kimi hayqıraraq içəri gəldi: qurumsağa bax e, "Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam" oxuya-oxuya pol silir!!! ... Bax, indi eynən o vəziyyətdəyəm: dərdlərə, ağrı-acıya gülümsəyə-gülümsəyə, "pol silə-silə" ən pozitiv statusları yazıram! :( :(
Gülümsəyin, zümzümə edin və... inanın ki, siz qalib gələcəksiniz! Qələbə üfüqdən hiss olunanda daha dadlı olur! Sanki Berlinə, bağışlayın, Şuşaya yaxınlaşırsınız, bu gün, ya sabah, siz bayraq sancacaqsınız kimi...
Bütün hüquqlar qorunur © 2024