03 may 2019 - 17:23
Qələbəni üfüqdən hiss etmək, duymaq lazımdır, əmin olmaq lazımdır ki, qələbə səninlə olacaq! Və... Çörçill demiş: "qələbə şirin ağzındadırsa belə, əlini sal, çıxart!"
Əfəndilər, ledi ənd centlmenlər, xahiş edirəm, gülümsəyin... kədərə, dərdə, acıya-ağrıya... onu mahnı sədaları altında qarşılayın, simfoniya ilə yola salın!
... Bir dəfə əsgərlikdə olanda ağdamlı dostumuz Ənvər Əmrahov qanı üzünə vurmuş halda, dəli kimi hayqıraraq içəri gəldi: qurumsağa bax e, "Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam" oxuya-oxuya pol silir!!!
... Bax, indi eynən o vəziyyətdəyəm: dərdlərə, ağrı-acıya gülümsəyə-gülümsəyə, "pol silə-silə" ən pozitiv statusları yazıram! :( :(
Gülümsəyin, zümzümə edin və... inanın ki, siz qalib gələcəksiniz! Qələbə üfüqdən hiss olunanda daha dadlı olur! Sanki Berlinə, bağışlayın, Şuşaya yaxınlaşırsınız, bu gün, ya sabah, siz bayraq sancacaqsınız kimi...