İçərişəhərin qala divarlarını söküb-dağıdanlar məgər bilmirlərmi ki, o divarların hər daşına, kərpicinə minlərlə şəhidimizin qanı çilənib?! 1918-ci ilin mart ayının 31-dən aprel ayının 1-nə keçən gecə bu qala divarları arasında ermənilər - daşnaqlar tərəfindən bir gecə ərzində qətlə yetirilən minlərlə saydaşlarımızın ruhları indi bu Qala divarlarını vəhşicəsinə dağıdanlara qənim kəsilməzmi?! Kəsilər... Kəsilər... Buyurun, o günlərə bir də tarixçi-tədqiqatçı İlahə Əliyevanın gözü ilə nəzər salın... *** 1918-ci ildə azərbaycanlılara qarşı divan tutmaq üçün təyinatla göndərilən işğalçı qüvvələrin başında erməni daşnakları cəmlənmişdi. Bu həmin daşnaklar idilər ki, türklərə qarşı ürəklərində rəhm deyilən hisslər əvəzinə kin, intiqam alovu şölələnirdi. Onlar qisasçı mövqeyində dayanaraq, Osmanlı türklərinə qarşı edə bilmədiklərini Azərbaycanda həyata keçirirdilər. 1918-ci ildə Azərbaycanda kütləvi şəkildə qırğınların törədilməsi haqqında dəhşətləri öz səhifələrində dərc edən “Azərbaycan” qəzeti yazırdı: “-Sosialist bayrağı altında Şuraya daxil olan daşnak Şaumyan Saakyan və Arakelyan müsəlman fəhlələrinin Sovetin tərkibinə daxil olmasına mane olurdular. Qırmızı Ordu bütünlüklə ermənilərdən ibarət idi. Bu ordunun başında Avakyan dururdu”. Məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış təyinata əsasən azərbaycanlılar bilərəkdən gözlənilən siyasi proseslərdən uzaqlaşdırılırdılar, əvəzində isə bolşeviklərin bayrağı altına daşnak ermənilər cəlb olunur, mümkün qədər orduda vuruşacaq ermənilərin sayının çoxaldılmasına səy edilirdi. Bunun üçün xarici ölkələrdə məskunlaşmış erməni könüllüləri də mütəşəkkil surətdə təşkil edilib, Bakıya göndərilirdi. Bu hadisələri geniş şəkildə işıqlandıran “Azərbaycan” qəzeti daha sonra yazırdı: “...Daşnaklar xəlvətcə öz işlərini görürdülər. Həştərxandan, Petrovskdan vş Krasnovodskdan gələn ermənləri Bakıda bu bəhanə ilə saxlayırdılar ki, guya müsəlmanlar onlara hücum etməyə hazırlaşırlar. İrandan və Krasnovodskdan paraxodlarla gətirilən silahlar daşnakların ixtiyarına verilirdi. Bu silahlar etibarlı yerlərdə, o cümlədən erməni milyonçusu Montaşovun zavodunda saxlanılırdı”. Erməni quldur dəstələrinin birbaşa nəzarəti altında, martın 31-də, axşamüstü İçərişəhər əməliyyatına başlandı. Əməliyyatda Anançenko, Avakyan, Suren Şaumyan, Ovçiyan, Qalstyan, Sarkiz, Manuçarov, Akopov və başqa daşnaklar fəal iştirak edirdilər. 1918-ci ilin aprel ayının 1-də mərkəzdən, Moskvadan qırğının dayandırılması barədə sənədin qəbul edilməsinə baxmayaraq, bu özbaşınalıq günlərlə davam etdirildi. N.Nərimanov bu qırğınların Bakıda dörd gün ərzində aparıldığını yazırdı. Mart qırğınlarını özündə əks etdirən materiallardan da aydın şəkildə görünür ki, bu qanlı qətliamlar, etnik təmizləmə, soyqırım siyasəti bölgələrdə aylarla davam etdirdil. A.Mikoyanın başçılıq etdiyi “Qırmızı Qvardiya” dəstələri bu əməliyyatlarda fəal iştirak edirdi. Hətta İçəri şəhərə hücum zamanı Mikoyan özü də yaralanmışdı. Bakının mərkəzində bir çox ticarət obyektlərini öz əlində saxlayan qaniçən Lalayanın qorxusundan sakinlər evlərində belə rahat otura bilmirdilər. O, və onun adamları istədikləri azərbaycanlını ya evindən çıxarıb qapısındaca, ya da elə evindəcə güllələyirdilər. Azərbaycanlı olmağın kifayət edirdi ki, sorğusuz-sualsız güllələnəsən. Bakı qan dəryasında boğulurdu. Sözdə özlərini “İnqilabı əks inqilabdan müdafiə dəstələri” adlandıran qaçaq-quldurlar memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” və digər qəzet və jurnalların redaksiyalarını dağıtmış, Təzə Pir məscidinə böyük ziyanlar vurmuşdular. 1918-ci ilin aprel ayının 2-də on minlərlə dinc, əlyalın vətəndaşın-azərbaycanlının bolşevik-daşnak hərbi qruplaşmaları tərəfindən amansızcasına qətlə yetirilməsi barədə Zaqafqaziya Seyminə məlumat verildi. Azərbaycanlı nümayəndələr məsələyə münasibət bildirməyən Seymə qarşı hiddətləndilər. Böyük ümidlərlə xristian təşkilatlarına düşməndən müdafiə üçün müraciətlər edən azərbaycanlılar yanıldıqlarının fərqinə vardılar. Bakıda mart qırğınları barədə 1918-ci ilin aprel ayının 13-də S.Şaumyan tərəfindən Leninə rəsmi məktub-hesabat göndərildi. Qırğınlar zamanı öldürülənlərin sayı qəsdən azaldıldı, dinc əhali isə silahlı quldur müsəlman dəstələri adlandırıldı. Məktub-hesabatda guya Bakıda milli qırğın yox, vətəndaş müharibəsinin baş verdiyi açıqlanırdı. Əslində isə bu qırğınlar Korqanovla birlikdə Amazaspın, Avetisyanın, Lalayanın, Petrovun və digər quldur dəstələrinin iştirakı ilə düşünülmüş, qəsdli şəkildə törədilmişdi. Mart qırğınlarının canlı şahidi olan, həmin günlərdə keçirdiyi sarsıntıları və cərəyan edən hadisələri qələmə alan Məhəmməd Muradzadənin yazdığına görə “İslam adəti ilə ölüləri dəfn etmək çox az adama nəsib olurdu. Çünki düşmən meyidləri dənizə, dərin neft quyularına atır, və qanlı faciənin izlərini bu yolla silib təmizləyirdi”. Məhəmməd Muradzadə daha sonra yazırdı: “-İslam adı daşıyana aman yox, zira o mənhus qonşu qaniçən canavarları indi vaxtdan istifadə edərək, başqa siyasi bir maska ilə qurşaqdan dişlərinədək silahlanıb, özlərindən milyonlarca çox və qapı bir qonşusu olan bir milləti öz yurdlarında məhv etməyə böyük cürətlə əl açmışlardı”. Hadisələrin gərginləşməsindən sui-istifadə edən ermənilər azərbaycanlılara divan tuturdular. Stepan Şaumyanın oğlu Suren Şaumyan “Bakı Kammunası” əsərində dönə-dönə, açıq şəkildə etiraf edirdi: Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, İ.Stalin V.İ.Leninin S.Şaumyanı Qafqaza fövqəladə Komissar təyin etməsinə qarşı çıxmışdı. O deyirdi: Bütün bu yuxarıda gedən mükaliməyə nəzər salsaq, aydın şəkildə görərik ki, deməli Azərbaycanda belə geniş miqyaslı qırğınlar düşünülmüş, planlaşdırılmış formada aparılırdı. Və müəyyən hakim dairələr də buna razılıq verirdi. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bakı şəhərinə komendant təyin olunmuş praporşik Avakyan haqqında B.Baykov yazırdı:
“-Bakı şəhərinə təyin olunmuş praporşik Avakyan narkoman və ruhi xəstə idi”. Avakyanın Bakıda törətdiyi vəhşiliyə biganə qalmayan B.Baykov onun bu qəddar hərəkətlərindən qeyzlənir, onu qaniçənliyinə görə lənətləyirdi. (Avakyanların Azərbaycanda törətdikləri amansız cinayətlərin müqabilində “sapı özümüzdən olan baltalar” xalqımıza qarşı işğalçıların apardıqları mənfur oyunları unutdurmaq üçün müxtəlif təhsil müəssisələrinə, mədəniyyət ocaqlarına, Bakının mərkəzi küçələrinə bu qaniçənlərin adı verildi.)
Mart qırğınlarının başlanmasına hazırlıq ərəfəsində Bakıda fəaliyyətdə olan Erməni Milli Şurası erməni əsilli əsgərləri müsəlman türklərin əleyhinə müharibəyə başlamaq məqsədi ilə belə bir bəyanat verdi:
-Siz, çoxəsrlik düşmənlə döyüşlərdə şöhrət qazanmış döyüşçülər, bu gün yenə də əyilməz iradənizlə bütün xalqımızı ruhlandıran məqsəd qarşısındasınız.
Beləliklə, hərtərəfli hazırlıqlı daşnak erməni quldur dəstələri kimsəyə acımadan qanlı əməliyyatlara başladılar. Təkcə Bakı şəhərində 1918-ci ilin mart ayının 31-dən aprel ayının 2-dək silahlı və məqsədli daşnak-bolşevik qüvvələri tərəfindən 12 min azərbaycanlının həyatına faciəli şəkildə son qoyuldu. Dinc, əliyalın, silahsız azərbaycanlılar - uşaqlar, qocalar, qadınlar qanlarına qəltan edildilər.
–Vaxtilə Osmanlıda Sultan Həmid ermənilərə qarşı hansı cəza tədbirini həyata keçirmişdisə, biz də 1918-ci ildə Bakıda ona cavab vermiş olduq. Suren Şaumyan həyasızcasına öz məramlarını Bakıda həyata necə keçirmələrindən qansızcasına, zövq alaraq, ağız dolusu, fəxrlə danışırdı.
O yazırdı:
“- Bakıdakı Qırmızı Ordu hissələrinin əsas tərkibi ermənilərdən, daha doğrusu, daşnaklardan ibarət idi. Bu isə o demək idi ki, Qırmızı Ordu daşnak partiyası üzvlərindən təşkil olunmuş və onlar sovetləri “Müsavat-türk” quldur dəstələrinin hücumlarından çox gözəl qoruyurdular.”
Stepan Şaumyanın da türklərə - azərbaycanlılara qarşı barışmaz, qatı mövqeyi onun silahdaşlarına, məsləkdaşlarına məlum idi. Belə qərəzli xarakterə malik bir erməninin Azərbaycana göndərilməsi məlum məqsədlərdən xəbər verirdi. Çünki onun niyyəti, amalı, tutduğu mövqe aydın idi.
“- S. Şaumyan Qafqaz xalqları barəsində bizim mövqeyimizi gözdən salıb. Həm Gürcüstanda, həm Azərbaycanda çoxlu erməni yaşadığını nəzərə alsaq belə çıxır ki, Şaumyan bu xalqların torpaqlarının hesabına Zaqafqaziyada erməni vilayəti, yəni “Böyük Ermənistan” yaratmağa can atır”.
V.İ.Lenin isə cavabında demişdi:
“-Elədir ki, var. Mən hələ 1906-cı ildə Cenevrədə onu ifrat millətçilik-şovinistlik meyllərindən çəkindirməyə çalışdım. Dönə-dönə xəbərdarlıq etmişdim ki, belə incə məsələlərdə necə gəldi hərəkət etmək olmaz. Gərək ehtiyatlı olasan. Şaumyan hələ o vaxt “Böyük Ermənistan” yaradılmasının məqsədə uyğunluğundan danışırdı və hətta məni inandırmışdı ki, “Böyük Ermənistan”ı tatarların (azərbaycanlıların) və gürcülərin hesabına yaratmaq lazımdır”.
Bütün hüquqlar qorunur © 2024