Təqvim
Şahbaz Xuduoğlunun Diaspora Komitəsinə təklifi PULA DİRƏNDİ!
27 aprel 2019 - 16:42

www.facebook.com/groups/1110444829106515/

 

ADR-in 100 illiyi ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin yazdıqları “AZƏRBAYCAN RESPUBLİKASI (1918-1920)” kitabı üç dildə nəşr etdik. Sonra onların hərəsindən bir ədəd zərfə qoyub Diasporla iş üzrə Dövlət Komitəsinə göndərdim. Məktubda yazdım ki, xaricə gedəndə, qonaqlarınız gələndə onlara hədiyyə edin, qoy dövlətimizin tarixi haqqında yaxşı məlumatları olsun. Doğrusu, məktubuma cavab gəlməyəcək deyə düşünmüşdüm. Amma gəldi, proqnozum özünü doğrultmadı. Cavab Məktubunda yazılıb ki, kitab almaq üçün büdcə nəzərdə tutulmayıb. 
Eşitdiyimə gözə öncəki nazirin arxa otağından Min-Bir Gecə nağıllarına bənzər bir mühit aşkar olubmuş. Bunu yeni naziri təqdim edən yüksək dövlət məmuru da görübmüş. Nazim İbrahimova bir vaxt məktub göndərmişdim. Məmmədəmin Rəsulzadənin kitabı ilə bağlı. Onda da büdcələrində kitaba pul yox idi.
Kitaba büdcədə yer yox deyib dövlətin büdcəsini arxa otaqlarına, bağlarına, maşınlarına, şəxsi mənfəətlərinə, xaricdə yaşayanlar arasında nifaqa xərcləyənlər! 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə