Canveten.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verilib. Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəsti xəttinə, yaradıcılıq yoluna uyğun şeirlər toplanılacaq. Əsərlər cari ilin 5 aprel tarixindən – 30 iyun tarixinidək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin poçtuna (http://culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur. Müsabiqəyə təqdim olunan materiallar: Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir. Yekunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitəti, ədəbiyyat sahəsində tanınmış “Kitab dünyası” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024