Təqvim
Bakı Slavyan Universitetində “Azərbaycan multikulturalizm və tolerantlığın mərkəzidir” mövzusunda tədbir keçirmişdir (+FOTOLAR)
02 aprel 2019 - 04:08

Canveten.az xəbər verir ki, MDB PAA DİMBİ Bakı filialı 29 mart 2019-cu il tarixində Bakı Slavyan Universitetində “Azərbaycan multikulturalizm və tolerantlığın mərkəzidir” mövzusundatədbir keçirmişdir

Tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, QHTnümayəndələri iştirak etmişlər.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirdi ki,“multikulturalizm və tolerantlıq elə bir siyasətdir ki, o insanın ömrünə ömür gətirir. O, insanı rahat, əmin-amanlıq içərisində yaşadığını sübut edir. Bu gün Azərbaycan xalqının yüksək mədəniyyəti, insanpərvərliyi, qonaqpərvərliyi və vətənpərvərliyi digər xalqlarla münasibəti ilə tanınır və biz bundan ilham alırıq, qürur duyuruq”.

Həmçinin, tədbirdə MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmamməliyev çıxış edərək,dəyirmi masada müzakirə olunan mövzunun çox əhəmiyyətli olduğunu vurğuladı.O,Azərbaycanda əsrlər boyu multikulturalizm və tolerantlıq ənənələrinin formalaşmasında çoxsaylı amillərin iştirak etdiyini, çoğrafi, etnik, milli, sosial, iqtisadi, mədəni və digər təsirlər əsasında formalaşmış multikulturalizm və tolerantlıq modelinin bu gün bütün dünyada unikallığı ilə seçilməkdə olduğunu tədbir iştirakçıların diqqətinə çatdırdı. Həmçinin, MDB PAA DİMBİ Bakı filialı tərəfindən həyata keçirilən müvafiq elmi-araşdırmaişindən bəhs edən Elman İmaməliyev Azərbaycan multikulturalizm ənənələrininsəciyyəvi xüsusiyyətləri, onların formalaşmasında iştirak edən elementlər haqqındabəhs etdi və elmi-araşdırma işinin nəticələrinə əsasən geniş hesabat hazırlandığını gələn qonaqların diqqətinə çatdırdı. O, elmi-araşdırma işində eyni zamanda multikulturalizm və tolerantlığın Azərbaycan modeli, onların inkişafına yönəlik dövlət siyasəti, o cümlədən müvafiq sahədə qəbul edilən normativ sənədlər barədə də məlumatların öz əksini tapdığını söylədi.

Tədbirdə Azərbaycanda multikulturalizm və tolerantlıq tarixi, Azərbaycanda multikulturalizm və tolerantlığın təmin olunması üzrə dövlət siyasəti, multikulturalizm və tolerantlığın inkişaf etdirilməsi üzrə qəbul edilmiş normativ sənədlər, görülən işlər və dövlət orqanlarının rolu  geniş müzakirə olundu.

Çıxış edənlər - Rafiq Novruzov(Bakı Slavyan Universitetinin prorektoru), Robert Mobili (Alban-Udi dini icmasının sədri),Şirin Məlikova (Azərbaycan Xalça Müzeyinin direktoru), Həbib Mirzəyev (Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri), Nahidə Məmmədxanova  (“Elm çırağı” İctimai Birliyinin rəhbəri), Ağa Hacıbəyli (İlahiyyatçı), Nigar Muradova (“Modern RN” Nitq İnkişafı Mərkəzinin sədri), Bakı Slavyan Universitetinin müəllimləri Sevda Axundova, Maya Cəfərquliyeva, Asif Quliyev multikulturalizm və tolerantlıqla bağlı maraqlı fikirlər səsləndirdilər, şəxsi təcrübələrindən bəhs etdilər.

Tədbirin sonunda MDB PAA DİMBİ Bakı filialının  2 dildə hazırladığı əyani vəsaitlər iştirakçılara paylandı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə