Təqvim
Mədəniyyət naziri Əbülfəs Qarayev YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclasında Ümumdünya İrs Komitəsinin sədri qismində çıxış etmişdir (+FOTO)
28 mart 2019 - 01:59

Canveten.az xəbər verir ki, cari ilin 27 mart tarixində Parisdə YUNESKO baş qərargahında YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilmişdir.

İclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək iclasın əsas məqsədinin YUNESKO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirmişdir.

Daha sonra Fiziki təhsil və idman, İdmanda anti-dopinq, Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, İnformasiya hamı üçün beynəlxalq şurası, Hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, Mədəni özünüifadə müxtəlifliyinin qorunması, Təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış etdilər.

Nazir Əbülfəs Qarayev isə Ümumdünya mədəni və təbii irsin Qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin 1972-ci il konvensiyasının idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliyinin artırılması ilə bağlı olduğunu qeyd etdi. Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları üzrə davam etdirildi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə