Təqvim
“Youth Work Policy in Europe: It's Up to Us!” (“Avropada Gənclər Siyasəti: Bizim Əlimizdədir!”) (+FOTOLAR)
20 mart 2019 - 18:11

Canveten.az xəbər verir ki, 11-15 Mart 2019-cu il tarixlərində Avropa Gənclər Klubları Konfederasiyası və Avropa Şurasının maliyyə dəstəyi ilə Fransanın Strasburq şəhərində baş tutan “Youth Work Policy in Europe: It's Up to Us!” (“Avropada Gənclər Siyasəti: Bizim Əlimizdədir!”) tədbirində nümayəndə heyəti olaraq, NAYORA-nın Baş katibi Hüseyn Məmmədov və NAYORA-nın könüllülər üzrə koordinatoru Fatimə Vəliyeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını (NAYORA) təmsil ediblər.

Tədbirin məqsədi, müxtəlif Avropa ölkələrindən olan gənc liderləri və gənclər sahəsində çalışan şəxsləri, bir araya toplamaq, gənclər siyasəti ilə bağlı müvafiq ölkələrdə aparılan siyasəti müzakirə etmək, gənclər mübadiləsini təşkil etmək və gənclər siyasəti barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə müxtəlif görüşlər və təlimlər təşkil etməkdir.

Tədbirdə Avropa Gənclər Klubları Konfederasiyasının təhsil işləri üzrə məsləhətçisi Stefan Chekrk Manevski Avropa Şurasının üzvləri və standartları haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Gənclər sektorunda rekomendasiyanın prinsipləri və məzmunu haqqında məlumatın verilməsi məqsədilə interaktiv qrup işi təşkil edilmişdir.

Tədbirdə iştirak edən NAYORA-nın Baş katibi Hüseyn Məmmədov ölkədə aparılan gənclər siyasəti və Gənclər və İdman Nazirliyinin gənclər sahəsində apardığı uğurlu fəaliyyəti barəsində məlumat verib.

NAYORA-nın Könüllülər üzrə koordinatoru Fatimə Vəliyeva, öz növbəsində ölkədə mövcud olan Gənclər Evləri və Mərkəzlərinin könüllülərlə əməkdaşlıq imkanlarından, mexanizm və metodologiyası haqqında məlumat vermişdir.

Daha sonra Avropa Şurasının Gənclər Departamentinin rəhbəri Antje Rothemund, Avropa Şurasının iş prinsipləri və müvafiq sahə üzrə olan təcrübələrini bölüşüb. Bu sahədə fəaliyyət göstərməyinin könüllülük fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb. Tədbirin gedişatında iştirakçıların təmsil etdiyi ölkələrdən olan gənclər siyasəti və ölkələrin keçdiyi yol, əldə etdiyi nailiyyətlərə toxunulub. İştirakçılar bu sahədə cavab tapmaq istədiyi sualları ünvanlayıblar və məhsuldar fikir mübadiləsi həyata keçirilib.

Tədbirin gedişatında, iştirakçılar qruplara bölünərək, təmsil etdiyi ölkələrdə mövcud olan gənclər siyasəti haqqında müzakirələr aparmış və analiz edərək qiymətləndirmə həyata keçirmişlər. Layihə koordinatoru Andrea Casamenti məsləhət xarakterli sənədlərə əsaslanan məlumatlandırmanın təşkili haqqında geniş izahat vermişdir. Daha sonra Avropa Şurasının inzibati binasına səfər olunmuş və Avropa Şurasının fəaliyyət istiqamətləri, iş prinsipləri haqqında geniş məlumat verilmişdir.

Sessiyanın sonuncu günü iştirakçıların fəaliyyət planı yekunlaşmış və bununla əlaqədar təqdimatlar həyata keçirilmişdir.  

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT, İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə