Canveten.az xəbər verir ki, Azərbaycanın mühacir alimlərindən Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr etdirdiyi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təqdir etdiyi “Şirvanşahlar Yurdu” əsəri Azərbaycan türkcəsinə tərcümə edilib. Kitab əslinə uyğun formada dizayn edilərək Elm və Təhsil nəşriyyatında nəşr olunub. Kitabın tərcüməçisi AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli, redaktoru tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Kitabın təqdimatı 14 mart saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Giriş sərbəstdir. Maraqlananlar iştirak edə bilər. Həmin gün kitab hədiyyə olunacaqdır. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Kitaba Cahangir Zeynaloğlunun nəvəsi Səlcuq Akat ön söz yazıb. Səlcuq Akat ADCO Petrol şirkətinin sahibi və İdarə Heyətinin sədridir. O, 2015-ci ilin oktyabrından bu yana DEİK Türkiyə-Azərbaycan İş Komitəsinin sədridir. Eyni zamanda 2016-cı ilin dekabr ayından etibarən Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının İşçi komitəsində Türkiyə təmsilçisi və 25-ci dönəm sədridir. Kitabın təqdimatında Səlcuq Akat iştirak edəcəkdir.
Bütün hüquqlar qorunur © 2024