Canveten.az xəbər verir ki, 2019-cu ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “Nəsimi ili” elan edilməsi, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2019-cu il üçün iş planına əsasən il ərzində dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Nəsimi ili” münasibəti ilə dahi şair, mütəfəkkir İmadəddin Nəsiminin qəzəlləri özbək dilinə tərcüməsi həyata keçirilmiş və “Жононни севарман” adlı kitab Daşkənddə çap edilib. Cari il 28 mart tarixində saat 12:00-da Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın “Kaspi” qəzeti və təhsil şirkətinin birgə layihəsi ilə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və Özbək alimlərinin iştirakı ilə “İmadəddin Nəsimi və Özbək Ədəbiyyati” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Beynəlxalq Elmi Konfransda çoxsaylı məruzələr dinləniləcəkdir. “Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolu” mövzusunda AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, “İmadəddin Nəsiminin əsərləri özbək dilində” mövzusu üzrə Özbək alim, tərçüməçi Tahir Qahhar, “İmadəddin Nəsimi sözünün qüdrəti” mövzusu üzrə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr” mövzusu üzrə filologiya üzrə fəlsəfə doktoru, dosent, Səadət Şıxıyeva, “İmadəddin Nəsimi və folklor” mövzusu üzrə AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev, “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri İmadəddin Nəsimi yaradıcılığı kontekstində” mövzusu üzrə Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov, “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusu üzrə Özbək tarixçi alim Şuxrat Salamov, “İmadəddin Nəsiminin fəlsəfəsi” mövzusu üzrə AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli məruzələrlə çıxış edəcəklər. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024