Canveten.az xəbər verir ki, martın 4-də Bakı Slavyan Universitetində (BSU) Gənc Yaradıcılar Klubunun tərcümə fakültəsi üzrə sədri Ramazan Ramazanovun təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində çıxış edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova İmadəddin Nəsiminin Azərbaycan mədəni fikir, fəlsəfə tarixində tutduğu mövqedən danışıb. Sonra 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam səsləndirilib. Tərcümə Fakültəsinin 1-ci kurs tələbəsi Röya Haqverdiyeva “İmadəddin Nəsimi kimdir?, Azərbaycan ədəbiyyatında hansı mövqeyə sahibdir?” adlı məruzə ilə çıxış edib. O, çıxışının sonunda "Aləmdə bu gün əhdi bütün yar ələ girməz" qəzəlini söyləyib. Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BSU-nun I kurs tələbəsi Diana Məmmədli "Yanaram", II kurs tələbəsi Vüsalə Quliyeva "Allahu-əkbər hüsnünə heyran olmuşam" qəzəlini səsləndirib. Sonra İmadəddin Nəsiminin həyatından bəhs edən "Nəsimi filmindən" qısa fraqmentə tamaşa olunub. Nümayişin ardından çıxış edən Gənc Yaradıcılar Klubunun tərcümə fakültəsi üzrə sədri Ramazan Ramazanov Nəsiminin Azərbaycan ədəbiyyatına çox böyük töhfələr verdiyini deyib və şairin "Hardasan" qəzəlini səsləndirib. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024