Təqvim
Görkəmli ədib Cəfər Cabbarlının zəngin irsindən söhbət açılıb (+FOTOLAR)
04 mart 2019 - 23:37

Canveten.az xəbər verir ki,  Kürdəmir şəhər 6 saylı tam orta məktəbində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbirin aparıcısı muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı böyük dramaturqun  həyat və yaradıcılığı barədə geniş məlumat verib. Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı yaradıcılığının özünəməxsus yeri və rolu olduğunu qeyd edən alim bildirib ki, gənc nəslin tərbiyəsində onun əsərləri böyük təsirə malikdir. 

Y.Bahadurqızı XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza qoyan qüdrətli sənətkarın milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından danışıb. Bildirib ki, böyük ədibin əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb.

Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova çıxış edərək C.Cəbbarlının əsərlərinin Azərbaycan tarixinin bədii ifadəsi olduğunu və ədəbiyyat tariximizdə bir epoxanı əks etdirdiyini vurğulayıb.

Daha sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan sənədli film göstərilib.        

Tədbirdə məktəblilər Cəfər Cabbarlının “Ana”, “Ölkəm”, “Azərbaycan bayrağına”, “Oxu bülbül”, “Məhəbbət aləmi qəmdir”, “Tellər oynadı”, “Azad bir quşdum”, “Dan ulduzu” şeirlərindən nümunələr oxuyub, şairin dram əsərlərindən səhnəciklər nümayiş etdiriblər.

Sonda məktəbin diriktoru Elmira Süleymanova çıxış edərək Prezident İlham Əliyevin “Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamını elmimizə, ədəbiyyatşünaslığımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Nərgiz Qəhrəmanova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə