Təqvim
Gülağa Tənha - ƏRKİVANDAN BAŞLANAN BÖYÜK MESENAT ÖMRÜ... ( Xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət BƏDİİ-QİRAƏT və xeyriyyəçilik fəaliyyətində ən yaxşı təkliflər MÜSABİQƏSİnin QALİBləri )
18 fevral 2019 - 17:05

Mart ayının əvvəlində - 02.03. 2014 tarixində, Bakı şəhərində, məhşur restoranlardan birində, tanınmış iş adamı, sözlərinə onlarla mahnılar bəstələnmiş şair, Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti göstərən Gülağa Tənhanın, iki müxtəlif müsabiqənin iştirakçıları üçün yekun tədbiri baş tutdu. Məqsəd, möhtəşəm ziyafət sonrası hər iki müsabiqənin qaliblərini müəyyən edib, mükafatlandırmaqdan ibarət idi.
Mövzuya başlamazdan əvvəl mesenatlıq barədə və Azərbaycan tarixinin son dövrlərdə yaşamış məhşur xeyriyyəçilərindən qısa da olsa, məlumat vermək, onların davamçısı olan, müasirimiz - Gülağa Tənha haqqında ən yığcam bilgiləri sizlərə çatdırmaq istərdim.
Dilimizdə tez-tez işlətdiyimiz mesenat sözünün kökü, hələ eramızdan əvvəl birinci minillikdən - qədim Romadan günümüzə qədər uzun tarixi yol keçmişdir. Mesenat adlı bir şəxs insanlara etdiyi yaxşılığı və xeyirxahlığı ilə yaddaşlarda iz qoyur. Beləliklə, "Mesenat" sözünün tarixini öz adı ilə bağlamış olur.
Mesenatlıq maddi və ya digər yardıma ehtiyacı olan şəxslərə təmənnasız köməklik fəaliyyəti, yaxud, ictimai mənafelər naminə həyata keçirilən xeyriyyəçilik tədbiridir.
“Millət atası” sayılan, mesenat Hacı Zeynalabdin Tağıyev milli tariximizin şərəfli səhifələrini - elmini, təhsilini, milli oyanışını böyük həvəslə dəstəkləmişdir. Çox kiçik yaşlarından, fəhləçilikdən başlayaraq, daha sonralar halal zəhməti ilə ilk milyonlarını qazanmışdır. Öz sərvəti hesabına maarif və mədəniyyətimizin inkişafı tarixində, milli kadrların yetişdirilməsi istiqamətində misilsiz xeyriyyəçilik xidmətləri onu hələ sağlığında ikən əfsanələşdirmişdi. Beləliklə, Hacı ZeynalabdinTağıyev Azərbaycanda mesenatlıq - xeyriyyəçilik məktəbinin əsasını qoymaqla, zəngin mədəniyyətimizə yeni bir rəng qataraq, adını tarixin yaddaşına əbədi olaraq həkk etmiş oldu.
Mesenatlar - Ağa Şəmsi Əsədullayev, Ağa Musa Nağıyev, İsa bəy Hacınski, Ağa Musa Muxtarov və başqaıarının da adlarını qeyd etməsək əlbəttə ki, haqsızlıq etmiş olardıq. Onlar da Azərbaycan milli mədəniyyət tarixinin görkəmli xadimləri və xeyriyyəçiləri olmuşlar. 
Maraqlıdır, bu gün ölkəmizdə mesenatlar varmı?
Fikrimcə, Azərbaycanda mesenatlıq yox və ya hiss olunmayacaq qədər az təsadüf edilən sahədir. Ölkəmizdə milyonları, hətta daha çox pulları olan xeyli iş adamı olmasına rəğmən, heç kim cürət edərək demir ki, mən milyonçuyam. Bu və ya başqa səbəblərdən mesenatlıq etmək istəyənlər varsa belə, bu işdən çəkinirlər. Tək-tək xeyriyyəçilik edənlər də müəyyən çətinliklərdən yan keçmək üçün səssizliyə üstünlük verirlər. 
Lakin, bu heç də o demək deyildir ki, xalqımız mesenat müasirlərimizdən məhrum olub, əlbəttə yox. Onlardan biri - Gülağa Tənha (Gülağa Məmi oğlu Qənbərov, 20.05 1959-cu il tarixində Masallı rayonu, Ərkivan kəndində anadan olmuşdur.) haqqında, onun xeyriyyəçilik fəaliyyətindən məqamlara toxunmaq istərdim. Qəribədir, amma gənc Gülağa da, əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərindən birində fəhlə kimi başlayıb. Bu gün o, çoxsaylı kitabların müəllifi, sözlərinə mahnılar bəstələnmiş görkəmli şair, böyük uğurlar qazanmış iş adamıdır.
1989 -cu illər artıq SSRİ adlanan, Azərbaycanın da daxil olduğu 15 respublikanın ittifaqından ibarət olan ölkə dağılmağa başlamışdı. O illərdə Azərbaycan da, öz müstəqilliyini əldə etmək uğurunda mübarizə apardığından imperiyanın mərkəzi - paytaxt Moskva şəhəri ilə əlaqələr kəsilməkdə idi. Bu səbəbdən Rusiyada, xüsusilə Moskvada müxtəlif universitet və digər təhsil ocaqlarında təhsil alan həmyerlilərimizin vəziyyəti olduqca pisləşmişdi. Ən başlıcası isə, bu idi ki, tələbələrimizin təhsillərini davam etdirmələri üçün artıq, ödəniş tələb olunurdu. Məhz bu illərdən Gülağa Tənha ilk xeyriyyəçilik missiyasına başlayır. Beləki, Rusiyada təhsillərini davam etdirməkdə israrlı olan çoxsayl tələbələr arasından daha savadlı və bacarıqlı olanlara maddi yardımlar edir ki, onların təhsillərini tamamlaya bilsinlər.
1990 - 91- ci illərdə Masallıda məskunlaşmış 15 məcburi köçkün ailəsini öz himayəsinə götürən Gülağa Tənha, onların sosial problemlərini bir an belə, nəzərindən qaçırmadı. Sonralar bu işi, Beyləqanda məcburi köçkünlər üçün yaradılmış "Məcburi köçkün" şəhərciyində də davam etdirdi. Şəhərciyə, müxtəlif ərzaq malları, paltar və sair vasitələrlə daim yardımlar göstərən xeyriyyəçi get-gedə bu missiyasını daha da genişləndirirdi.
2003-cü ildən etibarən Azərbaycanın sosial həyatında, ölkə mədəniyyətinin, elminin, təhsilinin, idmanının inkişafında xeyriyyə proqramlarını həyata keçirməklə adları çəkilən sahələrə böyük töhfələr vermişdir. Bu gün də çox sevdiyi Vətənində xeyrxah işlərini davam etdirən Gülağa Tənha KİV tərəfindən daim maraqla izlənir. 
O, xeyriyyəçilik fəaliyyətini doğma kəndinin yollarını abadlaşdırmaqla davam etdirdi. Yolun çəkilişini tamamladıqdan sonra, kənd məzarlığının hasarını çəkdirdi. Sonrakı xeyriyyəçilik layihələri daha geniş, daha möhtəşəm oldu. Belə ki, Masallı şəhərində, Təzəkənddə orta məktəb, Ərkivanda şəhidlərin xatirəsinə “Şəhidlər bulağı” - abidə kompleksi tikdirdi. Təhsilə xüsusi önəm verən mesenat, H.Əliyevin 80- illik yubileyi şərəfinə Şüvəlanda müasir tipli internat məktəbi, Şamaxıda Çabanı kəndində isə yeni məktəb inşa etdirdi. Eyni zamanda Şamaxıda M.Ə.Sabirin məqbərəsini tikdirərək sabirsevərlərə və xalqımıza ərməğan etdi. Sonra bir neçə il fasilə yaranır...Amma yenidən, 2013-cü ilin noyabrında Masallı rayonunun Ərkivan qəsəbəsində möhtəşəm "Mərasim evi"ni tikdirib həmyerlilərinin ixtiyarına verməklə öz xeyirxahlıq missiyasını davam etdirir. Bu bəlkə də, bölgədə analoqu olmayan, müasirliklə qədimimliyin vəhdət təşkil etdiyi bir “Mərasim evidir”.
Yuxarıda göstərdiyimiz xeyriyyəçilik nümunələri mesenatın üzdə olan işləridir. Amma onun yüzlərlə ictimaiyyətdən gizli qalan xeyirxah əməlləri də az deyildir. Kimsəsiz uşaqlara, idmançılara, imkansızlara, xəstəxanalara davamlı olaraq, yardımları olmuşdur və bu gün də davam edir. Mədəniyyət, incəsənət, ədəbiyyat sahələrinə, yazıçı və şairlərə daim xüsusi qayğı göstərməkdədir.
Bəli, məhz martın əvvələrində keçirilən sözügedən tədbir də Gülağa Tənhanın bu qəbildən olan, yəni xeyriyyəçilik ideyalarının bir hissəsidir. Xeyriyyəçilk fəaliyyətinin daha prioritet istiqamətlərini, daha çox ehtiyac duyulan sahələrini müəyyən etmək məqsədi ilə, gələcək mesenatlıq fəaliyyəti sahələrini oxucuların müzkirəsinə çıxardı. Əslində, Gülağa müəllim əhalinin bu barədə arzularını, rəy və təkliflərini öyrənmək istəyirdi. Bu məqsədlə, iki aydan da artıq müddət ərzində kütləvi informasiya vasitələri, xüsusi ilə azpess.az saytının aktiv iştirakı ilə mart ayının 1-nə qədər, “Ən yaxşı təklif və ideyalar” müsabiqəsi elan olunmuşdu. Böyük əks-səda doğuran müsabiqəyə maraq çoxsaylı, biri-birindən fərqli, rəngarəng istək və arzularla zəngin məktubların sayından bəlli idi. Bu müsabiqə ilə yanaşı elan olunmuş, xeyriyyəçi-şair Gülağa Tənhanın şeirlərindən ibarət "Bədii qiraət" müsabiqəsi də yekunlaşdığından, hər iki tədbirin iştirakçıları böyük həyəcan və maraqla bir araya gəlmişdilər. Qonaqlar, iştirakçılar və münsiflər öz yerlərini tutduqdan sonra tədbir açıq elan olundu.
Münsiflər heyəti sıralarında - Gülağa Tənha, Xalq Artisti İlham Əsgərov, Cənub Xəbərləri qəzetinin baş redaktoru Zahir Əmənov və Azərbaycan Press Video-Foto Faktoru Jurnalının baş redaktoru Rasim Sadıxov əyləşmişdilər. Tədbirə iştirakçılarla yanaşı, dəvət olunmuş qonaqlar da, qatılmışdılar. Dəvətlilərin bəzilərinin ətraf şəhər və regionlardan gəlmələri nəzərə alındığından ( Gülağa müəllimin belə məsələlərdə çox diqqətli olduğunu bilirik) əvvəlcə hamılıqla təm-təraqlı ziyafət masası arxasına keçdilər. Sonra şirniyyatla bəzənmiş masalar və çay süfrələri açıldı. Beləliklə, iki hissədən ibarət tədbir öz işinə başladı.
1-ci hissə - xeyriyyəçiliklə bağlı elan olunmuş "Ən yaxşı təklif və ideyalar”a həsr olunmuşdu. İlk öncə, müsabiqəyə göndərilmiş bir neçə təkliflər oxundu. Sonra münsiflər heyətinin üzvləri onların mahiyyəti, zəruriliyi və digər tərəfləri haqqında öz fikirlərini bildirdilər.
Gülağa Tənha: “Bu ilkin mərhələ idi. Bizə daxil olan bütün rəy və təklifləri diqqətlə araşdırdıq, həm sevindirici, həm təəssüfedici anlar yaşadıq. Çünki, maraqlı, düşündürücü fikirlərlə yanaşı, şəxsi mənfəətlərinə hesablanmış, xam xəyallı arzularla dolu məktublar da almışdıq. Müraciət edənlərin 95-98% -ni mənasız və cılız fikirli insanlar təşkil etsələr də, aydın oldu ki, vətənpərvər, millətsevər və xalqının tərəqqisini düşünən həmvətənlərimiz də var. İlk mərhələdə bu belə də gözlənilirdi. Əsas məsələ budur ki, yüzlərlə rəy və təkliflər arasından daha yaxşılarını düzgün müəyyənləşdirək, məhz belə təkliflərin üzərində dayanaq. 
Bilirsinizmi, mən çox arzulayıram ki, bu fəaliyyətimiz bütün Azərbaycanı əhatə etsin. Unudulmuş gözəl ənənələri bərpa edək. Gənclərimizi təhsilə, elmə istiqamətləndirək. Onları xarici ölkələrdə oxudaq. Bu çox vacib məsələdir. Düşünürəm ki, gəncliyə, onların savadlı gələcəyinə sərf edilən pullar, banklara artan faizlərlə yatırılan vəsait kimidir. Vaxtı gələndə öz bəhrəsini verəcəkdir. Amerikalı alim Conson deyir ki, uşağın tərbiyəsi ilə məşğul olmaq üçün anadan olan körpənin dünyaya gəlməsinin ikinci günündən başlamaq artıq gec sayılır. Məhz bu fikirlərə söykənərək artıq 2000-ci illərdən etibarən yeni məktəblərin tikinti və bərpası işlərinə başlamışam.Təhsilə xüsusi önəm verməyə çalışıram. Məhz bu istiqamətdə yeni fikirlər, rəylər eşitmək arzusunda idim. Düzdür maraqlı təkliflər var. Amma daha dolğun, xalqın gələcəyinə müsbət təsiri ola biləcək təkliflər görmək istərdim”. 
Sonra daxil olan təkliflər arasından mükafata layiq görünən iştirakçıların adları elan olundu.
Tədbirin ikinci hissəsi, qeyd etdiyim kimi Gülğa Tənhanın müxtəlif məzmunlu şerlərini böyük ustalıqla hazırlamış gənclərin çıxışları ilə yadda qaldı. İştirakçıların özləri tərəfindən seçilmiş şerlər həzin musiqi sədaları altında bir-bir münsiflər tərəfindən dinlənildi və tədbirə toplaşanlar tərəfindən hərarətli alqışlarla qarşılandı. 
10 iştirakçı ilk yerlər uğrunda mübarizə aparırdı. Bir-birinin ardınca olduqca baxımlı və yüksək səviyyəli çıxışlar sərgiləyən gənclər hamını valeh etmişdilər. Bəzən, münsiflər də daxil olmaqla, hamı o qədər duyğulara qapılırdılar ki, çıxışın bitdiyini belə unudur, sanki, sonradan ayılırdılar. Sözün əsil mənasında ruhumuz dincəldi. Çox gözəl hazırlaşan uşaqlar arasından ilk üçlüyü təyin etməkdə hətta münsiflər bir qədər çətinlik də çəkdilər. Bunu onlar özləri xeyli müzakirə etdikdən sonra etiraf etdilər. Məhz bu səbəbdən heç bir iştirakçı mükafatdan kənarda qalmadı. Hətta onların çıxışlarından olduqca razı qalan Gülağa Tənha mükafatlarının miqdarını da artırdı. Amma, birinci üçlüyü daha ədalətli təyin etməkdə qərarlı olan münsiflər 4 iştirakçını yenidən dinləməli oldular. Nəhayət, qərar verildi. Lakin ayrı-ayrılıqda hər bir münsif iştirakçılara bəzi nöqsan və iradlarını bildirməklə yanaşı, eyni zamanda gələcəkdə uğur qazanmağın yollarını da gənc iştirakçılara çatdırdılar. Bu barədə daha çox Xalq Artistimiz İlham Əsgərovun çıxışı yaddaqalan oldu. İlham Əsgərov: “Bilirsiniz uşaqlar, şerə münasibət vacib məsələdir. Sözü quru demək olmaz, yanğı hiss olunmalıdır. Vurğulara xüsusi fikir verilməlidir. Sözlərin ağırlığına-yüngüllüyünə diqqət yetirməli, sonluqları yeyilməməlidir. Şeri söylərkən içdən gələn hayqırtı ilə sadəcə qışqırtını ayırmağı bacarmaq lazımdır. Səslə oynamaq, başqasının səsinə uyğun ifa tərzi seçmək, yamsılamaq yol verilməzdir. Hisslərinizi - sevgini, nifrəti, yalvarışı, kədəri səsin ahəngi ilə çatdırmağı öyrənməlisiniz. Nəhayət, şerin hər sözünün arxasında duran müəyyən hisslər var, onları yaşamaq lazımdır”. 
Tədbirin sonunda hər iki müsabiqənin müəyyən edilmiş qaliblərinin mükafatlandırılmasına başlandı.
Mükafatçıları təbrik və təltif etmək üçün mikrafona yaxınlaşan Gülağa Tənha: “Biz bununla kifayətlənməyəcəiyik. Mümkün qədər çalışacağıq ki, xalqımıza, millətimizə yararlı, faydalı olan ideyalardan bəhrələnək. Bəzən gördüyüm işlərə olduqca laqeyd münasibət göstərənlərlə rastlaşıram. Bir çoxları, mənim bu işlərə xərclədiyim vəsaitin dünyanın bir sıra ölkələrində hansı çətinliklərlə qazandığımdan bixəbərdilər. Buna baxmayaraq, qazancımın 10% -ni Allah yolunda öz xalqım üçün ayırıram. Nəyim varsa bir Vətən övladı kimi xalqımın yolunda xərcləməyə hazıram. İlk növbədə belə əmin-amanlıq şəraitində, arzu və istəklərimizi reallaşdırmağa imkan yaradan, bizə qayğı göstərən dövlət başçımız, prezidentimiz cənab İlham Əliyevə təşəkkür etməliyik. Bu gün mən də Ulu Öndər cənab Heydər Əliyevin ideyalarını əsas tutaraq bu istiqamətdə daha çox çalışmaq istəyirəm. Hələ Sovetlər dönəmində Ulu Öndər böyük uğurla bir çox gənclərimizin respublikamızdan kənarda təhsil almalarını təmin etmişdi. Və o gözəl başa düşürdü ki, vaxt gələcək ölkəmiz bunun faydasını görəcək. Belə də oldu. 
Bu səbəbdən, 15-ilə yaxındır ki, mənim xeyriyyəçilik məqsədi ilə xərclədiyim 30-milyon manatdan çox vəsaitin böyük bir hissəsini məhz təhsilin inkişafı istiqamətində sərf olunmuşdur. Bunun bir səbəbi var - Azərbaycanda intellektual səviyyənin yüksəlməsi işinə töhfə vermək. Məni daim narahat edən məsələlərdən ən başlıcası da elə budur. Nəyə görə, az qala dünyanın hər yerində bazarları obrazlı şəkildə desək "fəth" edə bilirik. Amma elm ocaqlarını, universitetləri "fəth" edə bilmirik? İndi elə bir zaman gəlib ki, istənilən müharibəni top-tüfənglə deyil, ağılla, intellektin gücü ilə udmaq olur. 
Əlbətdə ki, ardıcıllıqla səhiyyə, mədəniyyət, idman və digər sahələr də nəzərimdən qaçmamışdır. 2000-ci illərin əvvəllərindən bu günə qədər, Azərbaycanın sosial həyatında, ölkə mədəniyyətinin, elminin, təhsilinin, idmanının inkişafında xeyriyyə proqramları həyata keçirməkdə davam edirəm və canımdan çox sevdiyim Vətənimə layiqli vətəndaş olmaq niyyətimdə israrlıyam. Yaxşı əməllər, yaxşı niyyətlərdən doğar. Odur ki, bu kimi tədbirləri, müsabiqələri keçirməkdə bir məqsədimiz var - Gözəl niyyətlərdən doğan təklifləri xalq arasından daxil olan istək və arzuları bizim imkanlarımızla birləşdirib, Vətənimizin çiçəklənməsində yaxından iştirak edək. Bundan sonra da, tədbirləri davam etdirəcəyik və ümidvaram ki, daha maraqlı, yeni-yeni mütərəqqi, xalqımızın gözəl gələcəyinə hesablanmış ideya və təkliflər ala biləcəyik”.
Daha sonra öncə xeyriyyəçiliklə bağlı ideya və təkliflər göndərən iştirakçılar arasından seçilən qaliblər mükafat almaq üçün dəvət olunurlar. Qeyd edim ki, bu mərhələdə 1-ci yerin qalibi təyin edilmədi.

 

2-ci yer. Sərraf Əmənov - Sertifikat və 200 manat mükafat. 
2 -ci yer. Elcan Bəhlulzadə - Sertifikat və 200 manat mükafat.
3-cü yer. Müzəffəri-Həqiqi Çingiz - Sertifikat və 100 manat mükafat.
3-cü yer. Rüstəm İsmayılov - Sertifikat və 100 manat mükafat.
3-cü yer. İsrafil Hüseynov - Sertifikat və 100 manat mükafat.
3-cü yer. Elnurə Ağazadə - Sertifikat və 100 manat mükafat.
3-cü yer. Hacı Vasif - Sertifikat və 100 manat mükafat.
3-cü yer. Rəşad Allahverdiyev - Sertifikat və 100 manat mükafat.

 

Ardınca, şer müsabiqəsinin qalibləri aşağıdakı ardıcıllıqla sıralandı:

 

1- ci yer. Elşən Əsgərov - Sertifikat və 500 manat mükafat.
1- ci yer. Nigar Cəfərzadə - Sertifikat və 500 manat mükafat.
2- ci yer. Əbdül Məcidli - Sertifikat və 400 manat mükafat.
2-ci yer. Aygün Fətullayeva - Sertifikat və 400 manat mükafat.
3-cü yer. Pərvin Ərzənalıyeva - Serifikat və 300 manat mükafat.
3-cü yer. Elməddin Məmmədov - Serifikat və 300 manat mükafat.
3-cü yer. Rəşadə Həmidova - Sertifikat və 300 manat mükafat.
4-cü yer. Rəşad İsmixanov - Serifikat və 200 manat mükafat.
4-cü yer. Dilbər Dostməmmədli- Sertifikat və 200 manat mükafat.
4-cü yer. Sevinc Məmmədova- Sertifikat və 200 manat mükafat.

 

Tədbirin yekununda jurnalistlərlə də 5-10 dəqiqəlik görüş keçirən Gülağa Tənha bəzi suallarımızı cavablandırdı:
Zahir Əmənov – Hörmətli Gülağa müəllim,seçilmiş təklif və ideyaların reallaşması nə vaxta təsadüf edəcək?
Cavab - Bu ilkin mərhələdir. Təkliflərin qəbulu davam etdiriləcək. Ən layiqli olanlar bir daha diqqətlə nəzərdən keçiriləcək. Ulu Öndər Heydər Əliyev ideyalarına uyğun gələn, bizi qane edən, təkliflər reallaşdırılacaqdır. 
Şəmsi - Gülağa müəllim, bir şair olaraq başqasının dilindən dinlədiyiniz şerlərinizə münasibətiniz necədir?
Cavab - Əgər bu zaman şeri söyləyən şəxs bütün varlığı ilə həmən şeri yaşayaraq mənim hər sətirdəki fikrimi olduğu kimi çatdıra bilirsə - elə bil ruhum yenidən canlanır. Ümumiyyətlə isə, münasibətim yaxşıdır.
Pərviz Quluoğlu - Daxilinizdəki hansı hiss, hansı qüvvədir ki, sizi xeyriyyəçiliklə məşğul olmağa vadar edir? Bir də maraqlıdır – maddi zənginliyiniz mənəvi zənginliyinizə necə təsir edir?
Cavab. Bu mənim ruhumun, mənəviyyatımın tələbidir. Görülməyən, lakin görülməsi vacib olan işlərə biganə qala bilmirəm. Sadəcə olaraq, ürəyim darıxır. Eyni zamanda öz işimlə vəzifə borclarına biganə münasibət bəsləyən məmurlara bir mesaj göndərmiş oluram ki, qardaş bu əslində sizin işinizdir. Bəzən, bəlkə də utandıqlarından bunun xeyiri də olur. Maddi zənginliyim isə, mənim sadəliyimə heç vaxt mane olmayıb. Daxili dünyamda tüğyan edən hisslərimi cilovlaya bilməyəndə qəlbimdəki ayrılıq, sevgi, Vətən duyğularımı vərəqlərə səpirəm, vərəqlər isə öz növbəsində cildlərlə kitablara çevrilir. Vətən üçün həyata keçirmək istədiyim arzularımı da şükür Allaha, əməllərimlə reallığa çevirməyə nail oluram.
Tədbir Gülağa Tənhanın bütün iştirakçılar tərəfindən böyük sevgi ilə əhatəyə alınması, təbriklər və alqış sədalarının, səmimi gülüşlərin müşayəti və müəllifin imzasıyla kitablarının oxucularına hədiyyə olmasıyla sona yetdi...
P.S. Gülağa Tənhanın poeziya dünyasından söhbət açmaq üçün isə, əksər şerlərinin hər misrasının izahına yeni-yeni səhifələr açmaq lazım gələrdi. Bu səbəbdən şarin dərin fəlsəfi fikirlərlə yelkən qaldırıb üzdüyü söz ümmanına baş vurmaq fikrindən yayınır, sual verməkdən çəkinirəm. Amma onun şerindən bir misranı sizin düşüncələrinizin ixtiyarına buraxıram...
Oğullar Vətənə oğul olmasa,
Vətən də itirər Vətənliyini.
Bilirəm ki, Gülağa Tənhanın nə xeyriyyəçi kimi gördüyü işləri, nə də həyat və yaradıcılığını tam, dolğun əhatə edə bimədim. Amma onu da bilirəm ki, onun haqqında hələ çox yazılar qələmə alınacaq. Ən əsası isə budur ki, xalqımız Gülağa Tənhanı bir mesenat kimi tanıyır və sevir.

PƏRVİZ QULUOĞLU. 

Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə