Təqvim
2015-ci il 12 oktyabrda minaya düşən Elşən Yusifovun acılı xatirələri...
19 fevral 2019 - 11:55

--Salam Elşən Yusifov.


--Salam.


--Necəsən oğul?


--Çox sağ olun. Yaxşıyam.


--Elşən, sənin döyüş yolunu yazmaq istəyirəm. Telefonunda votsap varmı? Danışaq ?


--Xeyr, Telefonum sınıb, votsap işlədə bilmirəm. Yaza biliərəm.


--Yaxşı, özün haqqında danış mənə.


-- Evliyəm. İki uşağım var. Biri 6, biri 4 yaşında.


--Sən istehkamçı olmusan. Necə oldu ki, yaralandın?


--2014-cü ildə Ordu sıralarına daxil oldum. Tərtərdə N saylı hərbi hissədə kəşfiyyatda xidmət etdim.


--Demək, sənin işin çox şərəfli bir iş olub.


--Bəli. İstehkamçı mühəndis olmuşam. Əsgərlikdə sürücü olmuşam. Burada ixtisası özüm seçdim. Komandirlərim sağ olsunlar, öyrətdilər. Başladım ixtisas üzrə işləməyə. Saysız keçid və əməliyyatlarda xidmət etmişəm.


--Apardığın uğurlu əməliyyatlardan danış.


--Keçid əmrə baxır. Hansı əmr verilsə onu yerinə yetiririk, əmrə uyğun hərəkət edirik. Ağdam, Tərtərdən, Ağcakənddən... keçidlərim olub. Hər keçidimdən sonra düşmənə zərbə endirilib, düşmənin nəzarətində olan ərazilərə minalar qoyub çıxmışıq. Düz yaralandığım günə qədər keçidlərdə olmuşam.


--Elşən mənə o yaralandığın günü bütün təfsilatı ilə danışa bilərsən?


-- 2015-ci il 12 oktyabrda əmrə əsasən Talışkənd istiqamətindən keçid üçün hərəkətə başladıq. Adətən belə hərəkətlər bir neçə qrupla həyata keçirilir. Mən də birinci qrup idim. Özüm də xidmət etdiyim hərbi hissənin baş istehkamçısıyam. Keçidə başlayanda tağım komandiri Kamil Musəvi və mənim köməkçim Şahmar Həsənli idi. Adətən istehkamçıya lazım olan alətləri vermək üçün köməkçisi olur. Arxamda isə onlar hərəkət edirlər. Keçidi açırdıq. Keçid boyunca xeyli hərəkət etmişdik. Az qalmışdı düşməndəki əraziyə girməyə.
Mən qarşıda işləyirdim. Adətən istehkamçılar gedəndə özlərindən sonra arxalarında kəndir qoyurlar. Bu kəndirdən nə sağa çıxmaq, nə sola keçmək olmaz. Arxadan gələn qrup kəndirin izi ilə hərəkət etməlidir. 50-60 sm, 1 metr enində açılır mina zolağı. Ərazi çox pis ərazi idi. Təhlükəli ərazi idi. Mən ərazini açırdım. Kamil həyəcanlı idi. Kamil bir getdi- gəldi, iki- getdi gəldi. Üçüncüdə düşdü məndən arxada qalan minaya. Dediyim o kəndirdən 30 sm sağa çıxmışdı. Gözünü və ayağını itirdi. Ondan arxada isə həmin minadan Şahmar Həsənli də başından müxtəlif xəsarətılrər aldı. Səs-küy yarandı. Onları çıxardılar. Mən qarşıdakı ərazidə tək qaldım. Əmr gəldi ki, qayıt, çıx. Çıxanda isə mən minaya düşdüm. Sol ayağım aşağıdan getdi, sağ ayağmdan da qəlpə yaraları aldım. Orada ayağımı mina didik-didik etmişdi.Sonra komandirlər sağ olsun məni də apardılar Sarcalıya. Axşam da Bakıya Mərkəzi Hospitala apardılar.


--Kamil niyə gedib- gəlirdi?


--Guya mənə nəzarət edirdi.


-- Nizamnaməyə və qanuna görə hər hansı bir mühəndis keçid etdiyi vaxt onun işinə kimsə müdaxilə edə bilməz. İstehkamçı mühəndisin işi, keçid açıb təhlükəsizliyi təmin etməkdir. Digərinin müdaxiləsı qeyri qanunidir. Biz qrupun təhlükəsizliyini təmin edib, aparıb-qaytarmalıyıq.


--Sonra nə oldu?


--Komadan ayılandan sonra 2 aya yaxın Kamil Musəvi ilə bir palatada müalicə olunduq. Elə o vaxt oldu görüşlərimiz. İndi Kamillə əlaqəm yoxdur.


--Niyə?


--Çünki sosial şəbəkələrə girib baxıram, o doğru söz danışmayıb deyə bu dəqiqə onunla əlaqəm yoxdur. Nə də bir dəfə görməmişəm ki, Kamil ya mənim haqqımda, ya da Şahmar Həsənli haqqında da danışsın. Bizim adımızı hallandlırsın. Baxmayaraq ki, üçümüz də eyni vaxtda yaralanmışıq, eyni əməliyyatda içtirak etmişik. Vaxtilə xidmət etdiyim hərbi hissə dəfələrlə mənə yenidən iş təklif edib. Sadəcə canım çox ağrayır. Çox əziyyət çəkirəm. Ancaq xidmət boyu mən şərəflə xidmət etmişəm. Xidmət etdiyim N saylı hərbi hissəyə indi də gedirəm. Orada hörmətimi saxlayırlar. Komandirim, qərəgah rəisimiz mənimlə maraqlanır. Ömrümdə bir dəfə onunla keçidə getdim, o da belə.Mənim komandirim Türkiyədə kursa getmişdi. Məcburiyyət qarşısında Kamillə getdik. Sadəcə düzgün danışmır.


-- Kamil özü də səni axtarmır?


--Xeyr. Axtarmayıb.


--Bİzdə kəşfiyyat pulu deyən bir ödəniş var. Bu pulu Kamil almışdı. Keçmiş döyüş dostlarım dedi ki, sən demə mən də almalyam. Sonra mən bu haqda Kamildən soruşdum. Dedim ki, belə bir məsələ var, kəşfiyyat pulu, sən almısan. Dedi , bəli mən almışam. Dedim, ay Kamil, bəs bir yerdə xidmət etmişik, bir yerdə minaya düşmüşük, bir dəfə zəng vurub deyəydin ki, sən dəı payına düşəni al. Mən də idarəmizə məktub göndərdim. Məktubun cavabı da gəldi. Deyilən sənədləri yığıb göndərdim. Cavab gəldi ki, sənədi düzgün yığmamısan. Dedim kii, nə demisinizsə onu da yığmışam da. Deyirlər ki, əməliyyat hərəkət sxeminin çıxarışını göndər. Deyirəm ki, o məxfidir. Onu mənə verməzlər axı. Onun əvəzinə isə mənə arayış verirlər ki, mən həmin döyüşdə iştirak etmişəm. Bəs niyə Musəvi Kamil də alıb da bu müavinəti. Mənə niyə problem yaradırsınız? Niyə fərq qoyursunuz? Birinə verib, birinə vermirsiniz? Buna görə də qalmışam naəlac. Bir-ay , iki ay süründürüb idarə məni yola verdi.


--Sən o məktubların bir surətini mənə göndərə bilərsən?


--Bacım, gəlsin, bacımın telefonu var. Oradan göndərərəm.


--Protezin var?


--Mən 3 ildir götürmüşəm bu protezi. İndi yaman əziyyət verir mənə. Bir dəfə zəng etdim danışdım. Hissələri , materialı gəlməyib dedilər. Son vaxtlar yaman incidir. Əsəblərimə təsir edir. Səhhətimlə bağlı yenə problem yaranıb. O birisi ayağım tutulmuşdu, heç yeriyə bilmirdim.


--Sənin danışdıqlarını yaza bilərəmmi açıq şəkildə.


--Mənim yalanım yoxdur axı, mən şərəflə xidmət etmişəm. Özüm haqqında həqiqətləri danışıram. Yazın.


--Rayonda keçirilən tədbirlərə gedirsən?


--Bizim rayonda bir-iki dəfə iştirak etmişəm.


--Bəs sizinlə yaralanan Şahmar Həsənli necə oldu?


--Minadan çıxan qəlpələr dəyib üzünə. Şahmar Həsənli pensiyaya çıxa bilmir. Ona da pensiya vermirlər. O da kontuziya almışdı. Gözləri yaxşı görmür.


-- Bəs Bakıya gəlib- gedirsənmi?


--Müalicə üçün gəlirəm.


--Bəs dostlarından soruşmadın ki, siz necə aldınız protezləri?


-- Neçəsindən soruşdum. Çoxsu dedi ki, müasir protezi pulu ilə almışıq.


--Nə əcəb Heydər Əliyev Fonduna yazmamısan?


--Bu protezlə bağlı birinci vitse prezidentə, Mehriban xanım Əliyevaya məktub yazacaqdım, mənə köməklik göstərsin.


--Sən nə ilə dolanırsan?


--Çox sağ olsunlar. Pensiya və prezident təqaüdü alıram. Evim yarımçıq tikili idi.Kredit götürüb evimi təmir elədim. Onu tukmək üçün banka girdim. Aldığımı da dərmanlara və banka verirəm.


--Sən Goranboyun özündə yaşayırsan?


--Bəli, polis şöbəsinin arxasında oluram.


--Nə isə... Elşən. Allah qoysa, çalışacağıq sənə kömək eləyək. Elə deyil... Dövlətimiz hamı kimi, sənə də yiyə duracaq. Sən bacın gələn kimi mənə sənədləri göndər.


--Oldu. Çox sağ olun, Allah köməyiniz olsun.


Aida Eyvazlı.

 

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə