Təqvim
Siyasəti tərk etməyə hazırlaşan Rüstəm İbrahimbəyov Bakıda (+FOTOLAR)
18 fevral 2019 - 14:01

Azərbaycanın tanınmış kino – drammaturqu Rüstəm İbrahimbəyov Bakıya gəlib.

Musavat.com xəbər verir ki, bu iddia ilə ilk çıxış edən BakuPost saytının redaktoru Elçin Zahiroğlu olub. O, özünün Feysbuk səhifəsində gördüyünüz fotonu paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır.

Fotodakı şəxslərdən biri, professor Qulu Məhərrəmli bu iddianı musavat.com -a təsdiqləyib.

Strateq.az saytı isə xəbər verir ki, rejissor Əli İsa Cabbarov sosial şəbəkədəki hesabında fotolar paylaşıb.

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

Musavat.com bildirir ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubiıeyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında diqqətə layiq fiqurlardan kiməsə yer verilməyib.

Son günlər Azərbaycan Prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar…

Onu da bildirək ki, R. İbrahimbəyov Bakıya fevralın 15-də gəlib. Musavat.com xəbəri Moskvadakı qaynaqlardan dəqiqləşdirib.

Verilən xəbərə görə, o, fevralın 18-də Moskvaya dönəcək. Vətənə səfəri 80 illik yubileyi ilə bağlı olan Rüstəm İbrahimbəyov fevralın 17-də Azərbaycan kinematoqrafçıları ilə görüşüb, kinemotoqrafçılar İttifaqının yığıncağına qatılıb.

Verilən xəbərlər sırasından onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda eks sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib.Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinemotoqrafçı həmkar qismində İbrahimbəyovun yanında epizodik rol aldığı iddia edilir.

Professor Qulu Məhərrəmli özünün Feysbuk hesabında ”Şirvanşahlar” restoranındakı banketlə bağlı belə yazıb: ”
Bir Cənub şəhərində iki tədbir: 1) Azərbaycan Kinematoqrafçılar ittifaqı İdarə Heyətinin iclası keçirilir; 2) Dostlar həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd edir…”

****

Musavat.com-a siyasi şərhçilərdən biri deyib ki, bu hadisə Milli Şura platforması ilə fəallaşan Əli Kərimli tərəfdarlarına böyük zərbədir. Bu təşkilatın qurucusu və fəxri sədri ən kritik bir anda iqtidarla anlaşmaya gedir və tərəfdarlarını böyük hüsrana uğradır! Əli Kərimli və Milli Şura formatındakı kompanentlərin küçədə və sosial şəbəkələrdə iqtidarın üstünə getdiyi bir zamanda, öz-özlərinə qaz verdikləri bir tarixi dönəmdə iqtidar dünya şöhrətli kino-ssenaristin üzərindən maraqlı bir siyasi gediş edə bilib.  Azərbaycan paytaxtında olduğu iki gün müddətində İbrahimbəyov Əli Kərimli, ya da Milli Şura sədri Cəmil Həsənli ilə görüşməyibsə, bunun tək bir anlamı var. İbrahimbəyov Milli Şuranı özünün maraqlarına silib, atıb və bu cığal uşaqlar daha ona lazım deyil…

Musavat.com

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə