Ermənistan Azərbaycan Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqları Paşinyan fərqli formada və daha üzün müddətə aparmağı düşünür. Beləki son dövrlər S.Sərkisyan Qarabağ mövzusu ətrafında apardığı danışıqlar, etdiyi spikulyasiyalar nəiki Beynəlxalq Təşkilatların eyni zamanda öz xalqının belə ona inamını azaltmışdı. Çünki 25 il ərrzində Ermənistan əhalisinin blokadanın götürülməsi, Qarabağın Ermənistana birləşdirilməsi və ya “müstəqilliyinin” tanıdılması, azad firəvan bir ölkədə qayğısız yaşamaq xülyaları artıq puç olmuşdu. Məhz bu səbəblər Ermənistanda hakimiyyətin dəyişdirilməsi zərurətini yaradırdı ki, bu da baş verdi. Pul vahidləri var Poçt markalarınan istifadə edirlər. Orden və medallar təsis ediblər Artıq indi özlərini dünyaya tanıtmaq üçün fəaliyyət göstərirlər. Azərbaycan 2020-ci ilə qədər güc yolu ilə torpaqlarını azad etməsə 2020-ci ildə Rusiyanın müasir silahları ilə təhçiz edilən Ermənistanla hərbi yolla danışmaq da çətin olacaq. Faiq İSMAYILOV
Ermənistanda hakimiyyətə gələn Paşinyan qərbpərəstliyi ilə fərqlənsədə, əslində Sərkisyanın astar üzüdür. O hakimiyyətə gəldikdən sonra manevrlər etdi Rusiyanın nəbzini yoxladı, sonra heç nə baş verməyibmiş kimi qarşısında diz çöküb Rusiyaya sədaqət andı içdi. Bu o deməkdir ki Ermənistanın Qarabağ danışıqlarında mövqeyi dəyişməz olaraq qalacaq.
O hakimiyyətə gəlməmişdən öncə xalqının Qarabağa münasibətini çox gözəl bilirdi. Hələ lap ana bətnində anti-türk təbliğatı ilə zəhərlənmiş erməni kim olursa-olsun təcavüz yolu ilə əldə etdiyi Azərbaycan torpaqlarını sülh yolu ilə əldən verməz. Lakin Ermənistanı çəkinməyə məcbur edən yeganə səbəb onun iqtisadi cəhətdən zəif olmasıdır. Bütün bunlara baxmayaraq əgər Rusiya Ermənistanın müasir silahlara olan ehtiyacını ödəsə, onlar nəinki “Madrid prinsiplərini” heç “lavrov planı”nıda müzakirəyə çıxarmağa lüzum görməyəcəklər. Rusiya və Qər isə Ermənistanla “dil” tapma ga görə yollar aramağa məcbur edib Azərbaycana təziq göstərəcəklər. Bu isə danışıqların sonsuzluğa uzanmasına səbəb olacaqdır.
Bəzi analitiklər Paşinyanı səriştəsizlikdə qınasalarda bu belə deyil, Paşinyan çox hiyləgər və ciddi siyasətçidir. O, qərbin və rusiyanın təziqləri fonunda özünə bir az “sadəlövh” bir az da “əzabkeş” obrazı yaratmağa çalışır. Çünki bu obraz ona xalq qarşısında götürdüyü öhtəliklərin bir çoxundan yayınmağa kömək edəcək. Paşinyanın simasında Qarabağ probleminin həllini düşünənlər yanılırlar. Paşinyan heç vaxt Qarabağdan Ermənistan qoşunlarını çıxarmayacaq. O zaman sual oluna bilər, Ermənistan rəhbərliyini Qarabağ problemi ətrafında spikulyasiya etməyə nə vadar edir?
İqtisadi cəhətdən zəif Ermənistan Qarabağ problemi ətrafında danışıqları uzatmaqla ya bu ərazini Ermənistana birləşdirməyə ya da müstəqil “dövlət” kimi tanıtmağa çalışır. Etiraf etmək lazımdır ki bu istiqamətdə onlar böyük uğurlar əldə ediblər. Beləki bu bölgədə bütün dövlət rəmzləri yaradılıb. Qarabağın giriş çıxışına viza rejimi tətbiq edilir. 1990-cı illərdə müxtəlif ölkələrdən Qarabağa yalnız erməni əsilli vətəndaşlar gəlirdilərsə, indi artıq bu bölgə digər vətəndaşlarında maraq dairələrinə düşüb.
Bütün hüquqlar qorunur © 2024