Təqvim
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlayıb
12 fevral 2019 - 21:53

Canveten.az xəbər verir ki, prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il“Nəsimi ili” elan edilib. Bu əlamətdar hadisəylə bağlı bir çox təhsil və mədəniyyət müəssisələrində irimiqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir.İnsanı, insan azadlığını tərənnümedən, humanizm prinsiplərinə söykənənkamil poeziya nümunələri ilə, dəyərli ədəbi-fəlsəfi fikirləri ilə Azərbaycan və dünya ədəbiyyatının böyük nümayəndələrindən biri kimi tanınan İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması dövlətin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin göstəricisi kimi təqdir olunmalıdır. Çünki milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsi olan Nəsimi yaradıcılığının öyrənilməsi, təbliği, dünyaya tanıdılması, və gələcək nəsillərə ötürülməsi bu gün hər bir təhsil müəssisəsinin, mədəniyyət ocağının  qarşısında dayanan mühüm vəzifələrdəndir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzərinə düşən vəzifələri yerinə yetirmək və “Nəsimi ili”nə töhfə vermək üçün tədbirlər planı hazırlayıb.

Tədbirlər planına əsasən, cari ilin aprel ayında ADMİU-da Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan“Hüsnü-cəmal, əqli kamal” ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək. İki nominasiya üzrə təşkil olunacaqmüsabiqədə ADMİU-nun məzunları və tələbələri və digər universitetlərin tələbələri iştirak edə bilər.

“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər ilin sonuna qədər davam edəcək. Payız aylarında Universitetdə şairin yaradıcılığına həsr olunmuş “Cahana sığmayan şair” adlı elmi-praktiki konfrans keçiriləcək.

Bununla yanaşı, ilin sonlarına doğru ADMİU-da İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş tamaşanın hazırlanması da nəzərdə tutulub. Həmçinin  Universitetin professor-müəllim heyəti və tələbələriil ərzində Nəsiminin ədəbi irsi ilə bağlı tədqiqatlar aparacaq, simpozium, konfrans və seminarlarda iştirak edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə