Təqvim
Azərbaycan və Türk diasporunun əməkdaşlığına dair konkret addımlar müzakirə olunub (+FOTOLAR)
10 fevral 2019 - 12:52

Canveten.az xəbər verir ki,  Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) arasında birgə İşçi qrupun ilk iclası keçirilib. İclasda 2018-ci ilin noyabrnda Ankarada Dövlət Komitəsi ilə YTB arasında əməkdaşlığa dair imzalanmış Memorandumdan irəli gələn məsələlər müzakirə olunub, konkret təkliflər səsləndirilib və onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan və Türk diasporunun uzun illərdir əməkdaşlıq etdiyini deyən DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli Dövlət Komitəsi ilə YTB-nin birgə fəaliyyəti nəticəsində bu işbirliyinin daha da güclənəcəyini vurğulayıb. Qeyd edib ki, bu,erməni yalanlarına qarşı mübarizə aparmaq məqsədilə beynəxalq müstəvidə Azərbaycan və Türk cəmiyyətləri arasında koordinasiyanı gücləndirəcək.

YTB-nın sədr müavini Abdulhadi Turus isətəmsil etdiyi qurumun gənclərlə iş təcrübəsindən danışaraq, Türkiyədə təhsil alan əcnəbi və xaricdə oxuyan türk tələbələrin təqaüdlə təmin olunması, onların arasında koordinasiyanın qurulması işindən bəhs edib. Bundan başqa, o, xaricdəki istedadlı türk gənclərə Türkiyə dövləti tərəfindən dəstək göstərildiyini, xaircdəki türklərə yaşadıqları ölkədə onların hüquq və azadlıqları ilə bağlı təlim proqramının həyata keçirildiyini qeyd edib. A.Turus bu və digər layihələr çərçivəsində Azərbaycan diasporu ilə əməkdaşlığın daha səmərəli olacağını deyib.

Görüşdə qondarma erməni soyqırımı, Xocalı faciəsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə layihələr, Azərbaycan və Türk diasporlarının ayrıseçkilik, irqçilik və islamofobiyaya qarşı birlikdə mübarizə aparmaq məqsədilə akademik səviyyədə fəaliyyət planının hazırlanması, ortaq mədəni dəyərləri qorumaq və sosial-iqtisadi səviyyəsini artırmaq məqsədilə müştərək mədəni sosial, iqtisadi layihələrin həyata keçirilməsi müzakirə olunub.

İclasda bu ilin noyabrında Türkiyədə keçiriləcək Türk DiasporForumu çərçivəsində azərbaycanlı və türk iş adamlarının biznes forumunun təşkili, dünyadakı Azərbaycan və Türk icmasının digər xalqların diasporu ilə əlaqələrini gücləndirilməsi, bir sıra ölkələrdə yerli idarəetmə orqanlarına seçkilər zamanı ortaq namizədlərin müəyyən edilməsi ilə bağlı konkret addımların atılması, xaricdəki azərbaycanlı və türk gənclərin forumunun təşkil olunması və digər təkliflər səsləndirilib. Müzakirə olunan məsələlərlə bağlı İşçi qrup tərəfindən yaxın vaxtlarda fəaliyyət planının hazırlanması və icrası ilə bağlı razılığa gəlinib.

İclasdan sonra qonaqlar DİDK-nın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə şöbələrdə əməkdaşlarla görüşüb. Onlara hər bir şöbənin fəaliyyəti, gördüyü işlər haqqında məlumat verilib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, YTB nümayəndələri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramınının açılışında və Türk Şurasının Təmas qrupunun 5-ci iclasında iştiak etmək məqsədilə Bakıya gəlib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə