Təqvim
Dövlət Komitəsinin nümayəndə heyətinin İsveçrəyə səfəri başa çatıb (+FOTOLAR)
09 fevral 2019 - 04:10

Canveten.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İsveçrə Konfederasiyasında səfərdə olub. Səfər çərçivəsində Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, eləcə də türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.

Sürixdə İsveçrə Türk Diyanet Vakfının rəhbəri Zafer Terkesli və Türkiyənin Isveçrə Konfederasiyasındakı Səfirliyinin nümayəndəsi Eşref Dalkıranla baş tutan görüşdə Azərbaycan və  Türkiyə dövlətlərarası, eləcə də xalqlarımızın qardaşlıq münasibətləri vurğulanaraq, ölkələrimizin sərhədlərindən kənarda da bu əlaqələrin saxlanılmasının əhəmiyyəti və bu işdə diasporun rolu qeyd olunub. Gürüşdə hər iki xalqın ümumi maraqları çərçivəsində olan məsələlər, o cümlədən, Türk Diyanet Vakfının idarə etdiyi cənazə fondunun fəaliyyəti ilə bağlı təcrübə öyrənilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Yoxanes Matiasla keçirilmiş görüşdə Azərbaycan Respublikasının İsveçrədəki səfirinin və ümumilikdə səfirliyin fəaliyyəti yüksək qiymətləndirilib. Gələcəkdə də iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdiriləcəyi vurğulanıb. Eyni zamanda, İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi ilə DİDK arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub. Y.Matias memorandumla bağlı bəzi məlumatların ən yaxın zamanda Dövlət Komitəsinə göndəriləcəyini və yekun sənədin tezliklə imzalanacağına əminliyini bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Bern şəhərində fəaliyyət göstərən Qarabağ məktəbində də olub, şagirdlərə Azərbaycan dilində dərsliklər, eləcə də ingilis dilində olan “Qarabağ xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan mədəniyyəti” kitabları hədiyyə edilib. Məktəbin kollektivi və valideynlərlə görüşdə təhsil ocağının fəaliyyətinə dair təkliflər dinlənilib, Dövlət Komitəsinin layihənin davamlılığı və inkişafı üçün gələcəkdə də dəstək verəcəyi vurğulanıb.

Daha sonra nümayəndə heyətiBern şəhərində yerləşən Olresto Konqres Mərkəzində İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının toplantısında iştirak edib. Toplantıda Şuranın əlaqələndiricisi Qasım Nəsirov Koordinasiya Şurasının fəaliyyəti, son dövrlər görülən işlər barədə məlumat verib, diaspor təşkilatlarından Şuraya daxil olmuş layihələr nəzərdən keçirilib, təkliflər səsləndirilib və görüləcək işlər müzakirə olunub. Görüşün sonunda Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev bu il Fondun dəstəyi ilə gerçəkləşdiriləcək layihələr, o cümlədən Diaspor Gənclərinin II Yay Düşərgəsi haqqında məlumat verib. Şura üzvləri Fondun layihələrində iştirak etmək üçün elektron qeydiyyat sistemi haqqında məlumatlandırılıb və onları maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə