Təqvim
Ukraynada yanan ailəni xilas edən azərbaycanlılar mükafatlandırılıb...
26 yanvar 2019 - 17:34

Ukraynanın Nikolayev Vilayət Şurasının başçısı Viktoriya Moskalenko bu ölkədə yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı Ümid və Sabir Şirinov qardaşlarını “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev “Report”a bildirib ki, mükafatlandırma BUAK-ın Nikolayevdəki təmsilçiləri – Yunus Əliyevin və Anar Axundovun iştirakı ilə baş tutub.

Konqres üzvləri olan qardaşlara diasporun adını şərəfləndirdiklərinə görə təşəkkür edilib. Yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır. BUAK üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı V.Moskalenko onlara bildirib: “Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Regionumuzda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm”. Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Ailə hazırda xəstəxanada müalicə olunur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə