Təqvim
Özbəkistanda “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verildi
23 yanvar 2019 - 17:19

canveten.az xəbər verir ki, Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verilib. Qeyd edək ki, müsabiqə Özbəkistandakı Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış iş planına uyğun həyata keçirilir.

Qeyd edək ki, “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi üzrə bir neçə nominasiya elan edilib: nominasiyalara “Nizami əsərlərinin bilicisi”, “Bədahətən Nizami qəzəlləri”, “Nizami irsinin davamçılarının yaradıcılığı” və s. daxil edilib.

Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri də iştirak etmək imkanı verilib.

Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri,  Özbəkistandakı Heydər  Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti  rəhbərliyi təmsil olunur.

Müsabiqənin əsas şərtləri var: Nizami Gəncəvi irsinə dair dərin məzmunlu və geniş ədəbi təhlil aparmaqla yaradıcı inşanın hazırlanması, Nizami yaradıcılığı və dahi söz ustadının əsərləri əsasında qısa sual-cavab. Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırmaçıları bölməsi üzrə hazırda Özbəkistanda Nizami irsini araşdıran elm xadimləri, filosoflar və onların yazdıqları tədqiqat əsərləri üzrə suallar cavablandırılmalıdır.

Müsabiqənin sonuncu yekun şərti isə Nizami Gəncəvi qəzəlləri üzrə olacaq. Qəzəlləri bədahətən söyləmək, onu təhlil etmək  və bu barədə öz düşüncələrini bölüşmək.

“Nizami Gəncəvi haqqında hər şey” adlı  Respublika müsabiqəsi iki mərhələdə keçirilir. Birinci mərhələ cari ilin fevral ayının sonuna qədər icra olunacaq və birinci yeri əldə edən müəllim və tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ cari ilin mart ayının 21-də Novruz bayramı tədbirində  başa çatacaqdır.

İlk üçlüyü qazanmış qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin Özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın Fəxri diplomları ilə təltif olunacaqlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə