Təqvim
Kamal Abdulladan İTTİHAMLARA CAVAB: “Əlimdə səs yazısı var”
10 yanvar 2019 - 19:00

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Canveten.az  "Report"a istinadən xəbər verir ki, o, mətbuat konfransında bu gün ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib.

K.Abdulla ADU-nun rektoru vəzifəsində ilyarımdır işlədiyini xatırladıb: "Bu müddətdə də tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də, bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər".

Rektor qeyd edib ki, bütün iddiaların hamısı böhtandır: "Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki töhmət aldıqdan sonra bu çıxışları edir. Onları məhkəməyə mən vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaşa çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var".

K.Abdulla həmçinin ADU-ya rektor təyin olunandan sonra hansısa qohum-qardaşını gətirməsi məsələsinə də aydınlıq gətirib: "Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, o da tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yalnış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür".

Eyni zamanda rektor universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib: Hazırda iş məhkəmədədir. Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid laborantlar üç dəfə məzuniyyətə buraxılmışdı. Bu, necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komissiyanın qərarı ilə müəyyənləşdi ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun yalnız hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, yalnız laborantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb". 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə