Sabiq nazirin qardaşının məhkəməsində şahidlər dindirildi

Təqvim
Sabiq nazirin qardaşının məhkəməsində şahidlər dindirildi
10 yanvar 2019 - 14:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Canveten.az-ın "Report"a istinadən xəbəriə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Habil Cəfərov ifadə verib.

O, zərərçəkmiş Rəşad Tahirovun dostu olduğunu deyib. Şahid bildirib ki, R.Tahirov ondan borca 40 min dollar pul istəyib: "O, Əvəz Əhmədovun ondan hədə-qorxu ilə pul tələb etdiyini dedi. Mən bu hadisəyə qədər Əvəz Əhmədovu tanımırdım, amma adını eşitmişdim. Rəşad dedi ki, Əvəz həkimin 220 min dollar borcunu ondan istəyir. Mən də Əvəz müəllimə zəng edib, görüşmək istədiyimizi dedim. Ora gedəndə Əvəz müəllimə "axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz?" sualını verdim. Biz 140 minə razılaşıb gəldik".

Suallara cavab verən Habil Cəfərov həmin görüşdə Əvəz Əhmədov tərəfindən heç bir hədə-qorxu ilə qarşılaşmadıqlarını qeyd edib.

Amma şahidin ibtidai istintaqda fərqli ifadə verdiyi məlum olub. H.Cəfərov istintaqda deyib ki, R.Tahirov ona Ə.Əhmədovun ailəsini və özünü məhv edəcəyini bildirib. H.Cəfərovun bu epizod üzrə suallara cavabında ziddiyyətlər yaranıb. H.Cəfərov sonda söyləyib ki, R.Tahirov ona Ə.Əhmədov tərəfindən ailəsinin məhv ediləcəyi ilə bağlı da hədə-qorxu gəlib.

Ə.Əhmədovun vəkili şahidin çoxsaylı ziddiyyətli ifadələr səsləndirdiyi üçün şahidlər siyahısından çıxarılmasını istəyib. Hakim bildirib ki, şahidin ifadələrinə müşavirə otağında qiymət veriləcək.

Prosesdə hakim Ə.Əhmədova sual verərək soruşub ki, "Rəşad Tahirovdan 220 min dollar tələb etdiyin halda bu məbləği niyə 140 min dollara endirmisən?".

Ə.Əhmədov isə söyləyib ki, ondan armatur satışı üçün 140 min dollar istəyiblər: "Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim. Sonra Habil də gəldi, danışdıq. Mən qazancımdan keçdim və öz halal pulumu istədim. Onlara qarşı insanlıq etmişəm. Rəşada hədə-qoru gəlməmişəm".

Daha sonra məhkəmədə şahid qismində Sahil Allahverdiyev dindirilib. O, R.Tahirovun dostu olduğunu deyib.

Məlum olub ki, R.Tahirov S.Allahverdiyevdən də borc alıb.

S.Allahveridyev bildirib ki, R.Tahirova 55 min dollar borc verib və hazırda həmin borcun bir qismini geri ala bilib.

Prosesin davamında hakim zərərçəkmiş şəxslərə sual verərək təqsirləndirilən Ə.Əhmədovdan şikayətçi olub-olmadıqlarını soruşub.

Hörmət Əskərov heç bir şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş R.Tahirov isə Ə.Əhmədovun həbs edilməsini istəmədiyini, lakin maddi zərərinin ödənilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əhmədov bir neçə dövlət orqanında çalışıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə