Deputat dayanma-durmaya görə cərimələmə səlahiyyətinin yol polisinə qaytarılmasını təklif etdi

Təqvim
Deputat dayanma-durmaya görə cərimələmə səlahiyyətinin yol polisinə qaytarılmasını təklif etdi
28 dekabr 2018 - 23:14

Bu gün Milli Məclisin payız sessiyasının son iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib. Dəyişiklikdə yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Bakı Nəqliyyat Agentliyinin) müəyyən etdiyi qurumun əməkdaşlarının hərəkəti yeni qayda ilə müəyyən edilib.

Belə ki, qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması) nəzərdə tutulmuş hallarda İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında məsələ ilə bağlı fərqli yanaşma ortaya qoyub.

Deputat qeyd edib ki, ölkə başçısının  2018-ci il 6 iyun tarixli 179 saylı Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-cı (Dayanma və ya durma qaydalarının pozulması) və 346-1-ci (Parklanma qaydalarının pozulması) maddələrinə Bakı şəhərinin inzibati ərazisində baxmaq səlahiyyəti, eləcə də Prezidentin 2018-ci il 6 iyun tarixli 181 saylı Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətinin təşkil olunması və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edilməsi yalnız Bakı Nəqliyyat Agentliyinə həvalə olunub.

“Sürücülərimiz  paytaxt ərazisində, əsasən də mərkəzi küçə və prospektlərdə, super marketlərin, kafe və restoranların, ticarət obyektlərinin qarşısında avtomobillərini iki, üç cərgədə saxlayırlar. Hətta yaşayış binalarının həyətlərinə girişlərdə, binaların blokları və uşaq meydançalarının qarşısında nəqliyyat vasitələrinin dayanması və durması qadağan olunan sahələrdə nəqliyyat vasitələri ilə dayanma və durma qaydalarını pozan şəxslərin sayının artması, həmin ərazilərdə digər nəqliyyat vasitələrinin, habelə piyadaların fasiləsiz və təhlükəsiz hərəkətinə ciddi maneələr yaranır. Bu kimi hallar isə avtomobillərin və  piyadaların hərəkətinə mane olur. Bunun da təkbaşına öhdəsindən Bakı Nəqliyyat Agentliyi gələ bilməz”.

Çingiz Qənizadə dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin cərimələnməsinin və duracağa aparılması səlahiyyətinin Bakı Nəqliyyat Agentliyi ilə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə verilməsini təklif edir.

“Bu baxımdan Bakı şəhərinin inzibati ərazisində Agentliklə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 346-cı və 346-1-ci maddələrinə baxılması, habelə bu maddələrin tələblərini pozan şəxslərin nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş qaydada təxliyəsinin həyata keçirilməsi səlahiyyətlərinin Daxili İşlər Nazirliyinə də verilməsi – bu növ qayda pozuntularına qarşı birgə effektiv mübarizənin aparılmasında, eləcə də nəqliyyat sıxlığının operativ şəkildə aradan qaldırılmasında mühüm rol oynayacaq. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin də nəzərdə tutulması vacibdir”.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə