Təqvim
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi illik hesabat verib (+FOTO)
17 dekabr 2018 - 21:53

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda 2018-ci ildə görülmüş işlərin hesabatı müzakirə edilərək təsdiq olunub.

Cari ildə görülən işlər barədə geniş hesabatla çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, rəhbərlik etdiyi müəssisəsinin əsas vəzifəsi Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, həmçinin muzeyşünaslığın inkişafı və elmi-tədqiqat və muzeyşünaslıq sahəsində gənc kadrlar – doktorant və dissertantlar yetişdirməkdir. Alim bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi elmi-tədqiqat institutu hüquqlu müəssisə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin tərkibinə daxildir və respublikanın ədəbiyyat təmayüllü muzeyləri arasında baş muzey sayılır. 

Qeyd olunub ki, hesabat ilində bu qurumun əməkdaşları əsasən kollektiv keçici tədqiqatlar üzərində işləyiblər. Elmi işlər muzeyin baş planı əsasında 1 istiqamət üzrə - "Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi" aparılıb. Bu elmi istiqamətdə 2 problem ( Azərbaycan ədəbiyyatının tarixi və nəzəri problemləri, Muzeyşünaslıq) öyrənilib.

Bildirilib ki, hesabat dövründə AMEA Rəyasət Heyətinin 15 may 2018-ci il tarixli qərarına əsasən muzeyin strukturunda qismən dəyişiklik edilib, muzeyin Xaqani Şirvani adına Aran Regional Şöbəsi Aran Regional Filialı adlandırılıb.

6 iyul 2018-ci il tarixində muzeyin 17 nəfərdən ibarət Qadınlar Şurası təsis edilib. Bundan başqa, EBSCO sirkətinin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Risalə” elmi araşdırmalar toplusunun EBSCO akademik bazasına daxil edilməsi haqqında muzeyin direktoru, akademik R. Hüseynov və EBSKO şirkətinin prezidenti Tim Kollins arasında müqavilə imzalanıb.

Başa çatan il boyunca muzeydə bir silsilə konfrans, elmi sessiya və yubiley tədbirləri təşkil edilib. Bu ildə 23 nəfərdən ibarət olan Elmi Şuranın 10 iclası keçirilib. İclaslarda muzeyin elmi-tədqiqat sahəsindəki fəaliyyəti, ekspozisiyanın və fondun zənginləşdirilməsi, kollektiv elmi-tədqiqat topluları üzrə aparılan işlər, yubiley sərgilərinin hazırlanması, müxtəlif kitabların çap edilməsi, muzeyin respublikanın ədəbiyyat muzeyləri ilə əlaqəsi və s. məsələlər müzakirə olunub. Hesabat ilində muzey əməkdaşlarının 10 kitabı, müxtəlif elmi məcmuələrdə, qəzet və jurnallarda 102 məqaləsi (xaricdə 6) çap olunub. Cari ildə 4695 orta məktəb şagirdi və ali məktəb tələbəsi muzey ekspozisiyası ilə tanış olublar. 

Akademik R.Hüseynov əlavə edib ki, muzeyin bütün ekspozisiya zalları üzrə xüsusi elektron informasiya bazası mövcuddur və hər tamaşaçının Azərbaycan dilindən başqa rus və ingiliscə də həmin məlumatlardan istifadəsi üçün imkanlar təmin edilib.

Hesabat dövründə AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli  qərarı ilə elmlər doktoru hazırlığı üzrə doktoranturaya “Dünya ədəbiyyatı ” ixtisası üzrə 1 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə isə dissertanturaya “Azərbaycan ədəbiyyatı”, “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid”, “Dünya ədəbiyyatı”, “Muzeyşünaslıq”ixtisasları üzrə 4 nəfər qəbul olub. Eyni qərarla muzeyin elmlər doktoru hazırlığı üzrə dissertanturasına “Azərbaycan ədəbiyyatı”, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya isə “Azərbaycan ədəbiyyatı",  “Dünya ədəbiyyatı” ixtisasları üzrə qəbul həyata keçirilib.  

 

Nərgiz Qəhrəmanova

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə