05.11.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 291,9 milyon. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir. "BI" xəbər verir ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib. Hərracın təticəsi göstərir ki, faizin aşağı salınması tələbi azaltmayıb. 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 246,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi.
Mərkəzi Bank, uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı həddini endirməsi ilə bağlı olaraq 05.11.2018-ci il tarixindəki hərrac üçün faiz 7,76% – 9,74% aralığında müəyyən etmişdi. Bundan əvəl faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunurdu.
Bütün hüquqlar qorunur © 2024