Çapa göndər
Faiz aşağı düşdü, tələb isə azalmadı

05 noyabr 2018 - 12:28

05.11.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 291,9 milyon. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir.

"BI" xəbər verir ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.


Mərkəzi Bank, uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı həddini endirməsi ilə bağlı olaraq 05.11.2018-ci il tarixindəki hərrac üçün faiz 7,76% –  9,74% aralığında müəyyən etmişdi. Bundan əvəl faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunurdu.

Hərracın təticəsi göstərir ki, faizin aşağı salınması tələbi azaltmayıb. 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 246,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi.