Təqvim
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA
06 iyun 2024 - 22:05

“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA

 

Masallıda jurnalist-publisist Akif Ağayevin “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimat mərasimi keçirilib.
“CANVƏTƏN” xəbər saytının xüsusi müxbiri xəbər verir ki, iyunun 6-da Masallı Gənclər Evində təşkil olunan tədbirdə rayon rəsmiləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı sakinləri, ağsaqqal və ziyalılar, şair və yazıçılar, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev kitabın müəllifi – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AZpressTİMES.info” saytının redaktoru, tanınmış jurnalist-publisist Akif Ağayevin yaradıcılığı və “Fitrətimizdədir vətənpərvərlik” kitabı barədə qısaca məlumat verib. O, bildirib ki, filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin ön söz yazdığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Arif Fərzəlinin redaktoru olduğu kitabda I və II Qarabağ müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı ölümü gözə alan şəhid və qazilərimizin şərəfli ömür yolu barədə, eləcə də vətən¬pərvərlik mövzusunda digər yazılar yer alıb. 
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əməkdar jurnalist, yazıçı-publisist Zakir Abbas, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev,  Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Rəşad Nadirov, Şuşa şəhər sakini Rafiq Abbasov çıxışlarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti ilə qazanılan böyük Zəfərdən danışıb, qələmi ilə müsəlləh əsgərə dönən yazarlarımızın rolunu, o cümlədən  Akif Ağayevin qələmə aldığı yeni kitabını yüksək dəyərləndiriblər.
Kitabın bədii məziyyətlərindən və ictimai-siyasi əhəmiyyətindən bəhs edən natiqlər bu cür nəşrlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, Azərbaycan salnaməsində yeni tarix yazan qəhrəman oğullarımızın tanıdılmasında önəmliyini vurğulayıblar.
İki şəhid – Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb, kitabın müəllifinə, nəşrinə dəstək olanlara təşəkkür edib.
Müəllif Akif Ağayev bu müqəddəs missiyanı hər bir yurdsevər yazar kimi özünün də mənəvi borcu kimi səciyyələndirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yazılan kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. 
Kitab müəllif imzası ilə tədbir iştirakçılarına paylanıb.


 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə