Təqvim
Professor Musa Quluzadənin yubileyi qeyd olunub
24 may 2024 - 15:18

Professor Musa Quluzadənin yubileyi qeyd olunub

 

         Tanınmış alim, tarix elmləri doktoru, professor, Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) rektorunun müşaviri, böyük elmi şuranın və dissertasiya müdafiə şurasının sədri, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, mərhum Musa Quluzadənin 85 yaşı tamam olub.  Yubileyi uzun illər fəaliyyət göstərdiyi akademiyada xatirə günü kimi qeyd olunub.         
         Musa Quluzadənin xatirə işığına toplaşanları Akademiyanın rektoru, akademik Urxan Ələkbərov salamlayıb. Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova professor Musa Quluzadənin akademiyadakı mövqeyindən, elmi və bədii yaradıcılığından geniş söhbət açıb. Xalq şairi, Musa Quluzadəyə qardaş qədər yaxın olan Nəriman Həsənzadə xatirələrini bölüşüb. Milli Məclisin deputatları, BDU-nun professoru Anar İsgəndərov, DİA-nın professoru Elman Nəsirov, DİA-nın professorları Fuad Məmmədov, Əsədulla Cəfərov, Havva Məmmədova, Milli Aviasiya Akademiyasının professoru Nazim Cəfərli, həmin akademiyanın dosenti Şöhlət Kərimov, publisist Sevda Bəhramqızı və digərləri görkəmli alimi xoş xatirələrlə yad edib, insani keyfiyyətlərindən, vətəndaşlıq və ziyalılıq mövqeyindən, dostcanlı, ailəcanlı, bütövlükdə böyük insanpərvərliyindən söz açaraq ruhuna dualar oxuyublar. 
        Çıxış edən natiqlər xatirə gününün keçirilməsi üçün təşəbbüskar olan akademik Urxan Ələkbərova və Firdovsiyyə Əhmədovaya minnətdarlıq ediblər. 
Musa Quluzadənin oğlu, tanınmış rejissor Elçin Musaoğlu tədbirin təşkilatçılarına və iştirakçılara ailə üzvləri adından təşəkkürünü çatdırıb.

 

                                                                                                                                                                                                                                   Sevda Əlibəyli,
                                                                                                                                                                                                            "Söz" jurnalının baş redaktoru

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə