Təqvim
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə
14 may 2024 - 13:19

“Yaşıl” təşəbbüs – sağlam mühit naminə

 

Son illər özünü daha qabarıq şəkildə göstərən qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri daha çox narahatedicidir. Çünki əhali artdıqca, enerjiyə tələbat artır, məhdud resursların potensialı tükənir. Ekoloji tarazlığın pozulması bəşəriyyəti ciddi şəkildə düşündürdüyü təqdirdə bu fəsadlar ölkəmizdən də yan keçmir. Təbiət-cəmiyyət münasibətlərinin kəskinləşməsi, 30 il düşmən tapdağındakı torpaqlarımızda törədilən ekoloji terror, o cümlədən su ehtiyatlarının tükənməsi, Xəzər dənizində suyun azalması və s. prosesləri sadalamaq yetərlidir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin uğurlu davamı kimi Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib.
Hər zaman olduğu kimi bu gün də dövlətimiz qlobal iqlim siyasəti ilə bağlı aparılan fəaliyyətə öz dəstək və töhfəsini verir. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu qəbildən olan tədbirlərdəndir. Bu ilin sonunda – noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) respublikamızda keçirilməsi çox qürurverici hadisədir. Tarixi əhəmiyyətli bu ekoloji tədbirə Azərbaycanın ev sahibliyi etməsi, dövlətimizin və onun rəhbərinin dünyada qlobal məsələlərin həllində aparıcı rolunun əyani göstəricisidir. 
Bütün bunlar heç də təsadüfi deyil, desək yanılmarıq. Hələ dörd il öncə, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının söylədiyi fikirlər dediklərimizi əsaslandırır: “Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim... Bütün bu bölgə dünya üçün “yaşıl enerji” zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, - mən buna şübhə etmirəm, - həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji - su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır”.
Təbii resurslardan səmərəli istifadə baxımından alternativ və bərpa olunan enerji sistemlərinin yaradılması dövlətimizin ekoloji siyasətinin prioritet istiqamətlərindəndir. Ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsindən ötrü mühüm layihələrə start verilib. Artıq bu vaxtacan respublikamızın müxtəlif ərazilərində quraşdırılmış külək, günəş, bioqaz stansiyaları bu sahədə görülən işlərin təcəssümüdür. Ölkə rəhbərinin vurğuladığı kimi, 2027-ci ilə qədər 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək.
“Yaşıl enerji” və ətraf mühit məsələləri son zamanlar xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə Azərbaycan beynəlxalq aləmdə uğurlu inkişaf modeli nümayiş etdirir. Ölkədə yaşıl keçid qarşıya hədəf kimi qoyulub, ciddi yaşıl enerji ixrac potensialı yaradılır. Necə ki, bu günlərdə Mərkəzi Asiyanın (Azərbaycan, Özbəkistan və Qazaxıstan) bərpaolunan enerji resurslarının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və buradan da Avropaya ixrac edilməsi barədə yeni layihənin əsası qoyulub...
İşğaldan azad olunmuş ərazilərimizin inkişaf modeli beynəlxalq standartlara, informasiya və kommunikasiya texnologiyalarına əsaslanaraq formalaşır. “Ağıllı şəhər” (“smart-city”), “ağıllı kənd” (“smart-village”) konsepsiyası dünyanın ən qabaqcıl texnologiyaları əsasında həyata keçirilir.
Sağlam ekoloji mühitin yaradılması məqsədilə həyata keçirilən yaşıllaşdırma işləri, işğaldan azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonasına çevrilməsi, ekoloji park və xiyabanların (artıq Gəncə şəhərində ilk addım atılıb), eləcə də digər müvafiq layihələrin gerçəkləşdirilməsi əminik ki, bu yönümdə inkişaf tendensiyasına təkan verəcək.
COP 29-a ev sahibliyi etməklə, Cənubi Qafqazın lider dövləti, sülhün tərəfdarı olan Azərbaycan daha bir örnək addımı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir – qlobal iqlim dəyişmələri ilə mübarizədə dünya ölkələrini yaşıl dünya naminə həmrəyliyə çağırır. 

     

Akif AĞAYEV.

 

Yazı YAP Masallı Rayon Təşkilatının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl   dünya yazı və şəkillərdə”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə