Təqvim
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi
11 may 2024 - 10:13

Həzi burda doğulub

 

Dedim, bu nə axındır
Kiçik bir evə sarı.
Ağsaçlı bir qadının
Titrədi dodaqları:
– Həzi burda doğulub!
                        (M.Araz)

 

Ulu Öndərin anadan olmasının 101-ci, İkinci Dünya müharibəsində (1941-1945) qələbənin əldə olunmasının 79-cü, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 114-cü ildönümü ərəfəsində qəhrəman eloğlumuzun adını daşıyan ev-muzeyinin 55 illiyi qeyd olunub. 
Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri və Həzi Aslanovun ailə üzvləri əvvəlcə Ulu Öndərimizin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini və əfsanəvi qəhrəmanın Xatirə Parkındakı abidəsi önünə əklil qoyub, qərənfillər düzüb, xatirələrini ehtiramla yad ediblər.
Həzi Aslanovun (22.01.1910-24.01.1945) dünyaya göz açdığı ocağda davam edən tədbir öncəsi Dövlət himnimiz səsləndirilib, Böyük Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani II Dünya müharibəsinin igid sərkərdələrindən biri Həzi Aslanovun mənalı həyatı, şərəfli döyüş yolu və qəhrəmanlığı barədə danışıb.

 

Həzilər yetirən Vətən torpağı
Düşmən tapdağında xar ola bilməz!
Çıxsın Qarabağdan yadlar, yağılar
Laçın yuvasında sar ola bilməz!

 

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qeyd ediblər ki, adı hərb tariximizə qızıl hərflərlə yazılmış, xalqımızın qəhrəman oğlu Həzi Aslanovun  döyüş yolunun öyrənilməsi, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyət daşıyır. 
Şəhid tank komandiri Yusif Xəlilovun həyat yoldaşı Gülnar Xəlilova, “Azərbaycan Bayrağı” ordenli hərbi qulluqçu İslam Yusublu bu gün Müzəffər Azərbaycan Ordusunda yüzlərlə, minlərlə “Aslanovçular”ın olduğunu iftixarla dilə gətiriblər.
Qəhrəmanın ad və soyadını daşıyan nəvəsi, polis general-mayoru Həzi Aslanov ailə üzvləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, babası ilə bağlı tədbirlərin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusilə Müdafiə Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib. 
“Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” medallı polis zabiti əlavə edib ki, Ulu öndər Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rolunu dəfələrlə vurğulayıb: “Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir.” 
Hər il 9 May Qələbə Günü Ümummilli Liderimizin ənənəsini davam etdirərək, Möhtərəm Prezidentimiz İlham Əliyev Şəhidlər xiyabanında tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edir, abidəsi önündə müharibə iştirakçıları, veteranlarla və bizim ailə üzvlərimizlə görüşür. Bu hörmət və ehtiram bizimçün ölçüyəgəlməzdir.
Çıxışlarda diqqətə çatdırılıb ki, II Dünya müharibəsinin dəmir pələngi Həzi Aslanov davamçılarının – yeni gənc nəslin İkinci Qarabağ savaşında düşmənin başına endirdiyi “Dəmir yumruq” əcdadlarımızın əmanəti, müqəddəs Vətənə layiqli varisliyin, torpağa, yurd-yuvaya sevgi-məhəbbətin bariz nümunəsidir: “44 günlük Vətən müharibəsi, lokal antiterror əməliyyatları zamanı Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti, qəhrəman oğullarımızın şücaəti sayəsində şanlı Ordumuz  düşməni diz çökdürdü, əzəli torpaqlarımız işğaldan azad edildi, 30 illik həsrətə son qoyuldu.”
Tədbir zamanı Həzi Aslanov adına Ordu ideoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar, Xalq artisti Qabil Quliyevin və məktəbli Zeynəb Cabbarzadənin səsləndirdikləri şeirlər iştirakçılara kövrək anlar yaşadıb. 
Ev-muzeyini ziyarət edən tədbir iştirakçılarına eksponatlar, qəhrəmanın həyat və döyüş yolunu əks etdirən fotosənədlər barədə geniş məlumat verilib.
Muzeyin direktoru Həcər Nəsirova bildirib ki, 5 otaqdan (qəhrəmanın doğulub boya başa çatdığı illəri, Bakı və Leninqrad hərbi məktəblərində təhsil illəri və Finlandiya ilə olan müharibədə iştirakı, Moskva və Stalinqrad döyüşlərinə həsr olunmuş, Pribaltika və Belarusiya uğrunda gedən döyüşlərdə iştirakı, hədiyyələr və qəhrəmanın döyüş paltarları) ibarət muzeydəki eksponatların ümumi sayı 2500 ədəddir. 
Hər il muzeyi 25-30 min qonaq ziyarət edir. Muzeyə dünyanın bir çox yerlərindən, o cümlədən Amerika, Norvec, Kanada, Fransa, Bolqarıstan, Latviya, Litva, Kuba, Rusiya, Polşa, Türkiyyə, Pakistan, Hindistan və s. ölkələrdən qonaqlar gəlir. 2010-cu ildə muzeydə – bir mərtəbəli açıq eyvanlı həyət evində tam rekonstruksiya işləri aparılıb.  
Sonda qonaqlar xatirə kitabına iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, xalqımızın igid övladı barədə ürək sözlərini yazıblar.

 

Akif AĞAYEV
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, HUQUQ
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə