Poetik işartı hər zaman seziləndir, görünəndir. Əsl şai-rin yaradıcılığında bu işartı bir qədər də aydın duyulur, görünür. Onun yaradıcılığını digərlərindən həm də poetik deyim tərzi fərqləndirir. Qoymurlar göyümü,yerimi sevim, misraları şairin mənəvi dünyasının səyyarəsi kimi alına bilər. Belə olmasaydı, şair Oğullar Vətənə oğul olmasa, Vətən də itirər vətənliyini – qənaətinə gələ bilməzdi. Bu iki misra bugünkü ağrı-acılarımızın düsturlaşmış ifadəsidir,yəqinindəyəm. I cild 3 Gülağa Tənhanın Vətən sevgisi qışqırmır, deyir, pıçıl-dayır. Bu deyimlər, pıçıltılar səmimidir, inandırıcıdır. Buna görə də işığı görünəndir. «Bu kənd məni tanımadı» şei-rində bənzərsiz bir təəssüf çırpınır. Bu təəssüfün yeganə yozumu el-obanın timsalında Vətən sevgisidir: Tale durubdu qəsdimə, Dəyir ərköyün şəstimə, İtlər atılır üstümə, Səmimi düşüncənin təzahürü həmişə səmimi mis-ra, səmimi şeir olub. Bu baxımdan Gülağa Tənha səmimi şairdir. Səmimi şair olduğu üçün onun poetik təəssüfünü poetik inam tamamlayır. İnanır ki, şair üçün (həm də vətəndaş üçün!) Vətən cana ruh misallıdır. Gülağa qərib-likdən Vətənə qayıdışı şair üçün (həm də vətəndaş üçün!) belə mənalandırır: …Sənsiz qərib ölkələrdə, Bir qara daşmışam,Vətən. Ruh cana qayıdan təki Sənə qayıtmışam, Vətən! Bu qayıdış bənzərsiz qayıdışdır. Qəribliyin sıxılcım-larından sıyrılıb çıxan şairin duyğularını Vətən sevgisi durulaşdırır, bu duruluğun özəlliyi; Heç bilmirəm ot basıbmı izimi, Gur bulaqlar oxuyurmu sözümü. Ocaq daşı saxlayırmı közümü, Vəfasını yoxlamağa gəlmişəm – misralarına tapınır. Misraların işığını «Beyrək kimi», «Hanı Qarabağ, hanı?», «Qaytar Vətən borcunu», «Göz dağımızdı» kimi şeirlərin işığı tamamlayır. süzgəcindən keçə bilməyib, çoxunun ömrü yazıldığı tarixdə tamamlanıb. Gülağa Tənhanın bu mövzuda yazdığı şeirlərin əksəriyyəti oxunaqlıdır, poetik çalarları ilə səciyyəvidir. Qənaətimi; …Deyəsən, ömürün baharı keçir, Deyəsən, payızdı… Və yaxud; …Bir anlıq qayıdaq ötən illərə, Ömrümdən, günümdən itən illərə. Qayıdaq xatirə cığırlarıyla; kimi misralar təsdiqləyir. – Nə vaxtdı …Poetik obrazlarla düşünən şair Gülağa Tənhanın yaradıcılığı işıqlı yaradıcılıqdır. Onun şeirlərinin boyu çağdaş poeziyamızda aydınlığı ilə seçilir. 25 yanvar, 2004Bəxtiyar Vahabzadənin
Gülağa Tənhanın 10 cildlik kitablarını oxuyarkən qeydləri
Gülağa Tənhanın şeirlərini bu ovqatla oxudum. Tanış mövzulara fərqli yanaşma, həm də poetik yanaşma diqqətimi çəkdi.
Bütün zamanlarda şairlər Vətən mövzusuna məsu-liyyətlə, sevgiylə müraciət edib. Onlardan yadda qalanı da var, tarixləşəni, yaddaşlarda yaşayanı da, unudulanı da. Qətiyyətlə deyə bilərəm ki, Gülağa Tənhanın yaradıcılığı diqqətdən kənarda qalası yaradıcılıq deyil. «Qoymurlar səni sevməyə» şeiri dar düşüncəli, «qart ürəkli» (ifadə Gülağa Tənhanındır) vətəndaşlardan Vətənə gileydir.Həm də adi giley deyil, poetik gileydir.
Sən mənim qibləmsən, qibləgahımsan, Qoymurlar sən adda pirimi sevim, Qoymurlar mən səni sən kimi sevim –
Gülağa Tənha
Bu kənd məni tanımadı.
Sevgi bəşəri mövzudur, bəşəriyyətin cığırdaşıdır. Bu mövzuda yazılan şeirlərin hamısı oxucu duyumunun
Seçilmiş əsərlər - 4
Durnalar köçür…
Sənsiz ötən aylar bezdirib məni, Ayların qaraca əlindən alıb, Gözəlim, ömrümü ömrünə köçür!..
Yoluna səpdiyim qızılgüllərin Qızılı qanına boyanam yenə.
Bir vaxtlar gözündən həsrət dərdiyim, İntizar üzdüyüm, möhnət dərdiyim Həmin pəncərədən boylanam yenə, –
Gülağa Tənhanın ictimai-siyasi mövzularda yazdığı şeirlərin əksəriyyəti poetik səviyyəsi ilə seçilir. Onun «Bir qoca boylanır…», «Qocalar evində bir ana gördüm», «Har-dasan, Qorqud ata?» kimi şeirləri xatırlatma biçimində heysiyyət harayıdır. Bu haray eşidiləndir, duyulandır və deməli, poetik uğur hesab olunmalıdır.
Mövzu baxımından aktual olan, duyanın duyğularını tarıma çəkən «İki dilənçi» şeiri uğurlu poetik nümunədir. Bu şeir şairin qəlb ağrısının, milli-xəlqi heysiyyətinin ifadəsi kimi alınmalıdır. Şeirdəki poetik obrazın düşdüyü məhrumiyyətin səbəbləri, bu səbəblərin sintezi kölgədə qalır. Əslində, şeirin uğuru məhz bu amillə də səciyyələndi-rilməlidir; reallıq, fakt verilir, görünən göstərilir, duyulan təhlilə (poetik təhlilə) cəlb edilmir;
I cild 5
Gülağa Tənha
Canıma düşüb vərəm.
Sən – pul, mən gecə-gündüz ömür-gün dilənirəm.
Bəxtiyar Vahabzadə,
Bütün hüquqlar qorunur © 2024