Təqvim
“Kənar adamın ocağı” – Zakir Abbasın yubiley tədbiri
16 dekabr 2023 - 21:07

“Kənar adamın ocağı” – Zakir Abbasın yubiley tədbiri

 

Əməkdar jurnalist, yazıçı Zakir Abbasın 75 illiyi və “Kənar adamın ocağı” kitabının təqdimatı münasibətilə tədbir keçirilib.
Dekabrın 16-da, Masallı Gənclər Evində baş tutan tədbirdə yubilyarın qələm dostları, sənət adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, yubilyar haqqında lentə alınmış “Gələcəyə aparan yol” adlı sənədli film nümayiş etdirilib. 
Sonra tədbirin aparıcısı, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir Zakir Abbasın ömür yolundan, çoxşaxəli yaradıcılığından danışıb: “Uşaqlığı Masallıda keçib. Təhsilini davam etdirmək istəyən bütün gənclər kimi paytaxta üz tutub, ali təhsil alıb, doğma rayonuna qayıdaraq müqəddəs müəllimlik peşəsi ilə məşğul olub. Lakin içindəki yazıb-yaratmaq eşqi, ədəbi mühitdə yaxından iştirak etmək həvəsi yenidən onu paytaxta üz tutmağa sövq edib. Sonradan yenə də Zakir Abbas Masallıya qayıdıb. Bir tələbəsinin yazdığı kimi: “Bu günümüzdə nadir ziyalı adam tapılar ki, uzun müddət yaşadığı şəhər mühitindən ayrılıb əyalətə gəlsin”. Lakin, harda yaşamağından asılı olmayaraq Zakir Abbas zəngin, şərəfli bir ömür yaşayıb və bu ömürə nə qədər çox iş sığdıra bilib... Yazıçı, tərcüməçi, tədqiqatçı, jurnalist, publisist, ssenarist, pedaqoq, redaktor və s. Yaxınları, həm də onun gözəl müsiqi bilicisi olduğunu söyləyirlər. O, hətta milli musiqi alətlərində gözəl ifa etməyi də bacarır. Bir insanda bu qədər qabiliyyətin olması necə də gözəldir. Bəli, Zakir Abbas bir ömürdə bir neçə ömür yaşayanlardandır...” 
R.Sabir əlavə edib ki, eyni zamanda bu gün oxuculara təqdim olunan “Kənar adamın ocağı” kitabında da məhz onun dostları, qələm sahibləri, tələbələri, sənət adamları tərəfindən Zakir Abbasın portreti nə dərəcədə cızıla bilibsə yenə sizlər rəy verəcəksiniz. Təbii ki, öncə vurğuladığım kimi bu qədər zəngin ömrü bir kitaba sığdırmaq çətindir. Hər halda bu şərəfli ömrün ən əsas məqamlarını göstərməyə, şam kimi əriyən ömürdən geriyə qalanlara diqqət çəkməyə çalışmışıq.”
Bildirilib ki, Zakir Mahmud oğlu Abbasov (Zakir Abbas) 1948-ci ildə Masallı rayonunun Kosakül kəndində doğulub. Orta təhsilini Masallı şəhərindəki N. Nərimanov adına 2 saylı məktəbdə alıb. 1967- 69 illərdə ordu sıralarında xidmət edib. Ordudan zabit rütbəsilə tərxis olunub. 1970-ci ildə M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı institutuna daxil olub. 1974-cü ildə institutu bitirib, orta təhsil aldığı məktəbdə üç il müəllim işləyib. Sankt-Peterburq (keçmiş Leninqrad ş.) şəhərindəki İkiillik Ali Jurnalistika kursunun müdavimi olub.  
Sonra, Bakı şəhərinə köçərək, müxtəlif illərdə Azərbaycan Mədəniyyət Nazirliyində, Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində işləyib. “OCAQ” xalq yaradıcılığı televiziya toplusu, “Hücrə”, “Ağ qoç-qara qoç”, “Meydan” və s. verilişlərin həm müəllifi, həm də aparıcısı olub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi vəzifəsində fəaliyyətini davam etdirir. Keçən əsrin 80-ci illərdən üzü bəri Zakir Abbasın elmi-pedaqoji, jurnalistlik, bədii yaradıcılıq və ictimai fəaliyyəti məzmun etibarilə bir biriylə sıx əlaqəlidir. Zakir Abbas Azərbaycan xalqının tarixi, mədəni-mənəvi irsinin tədqiqi və təbliği sahəsində dəyərli elmi-metodiki vasitələrin, məqalələrin, ssenarilərin müəllifi kimi tanınır. Publisistik yazıları yerli və postsovet məkanında çap olunan qəzet və jurnallarda dərc olunub. 83-85-ci illərdə Moskvada və Kiyevdə keçirilən Azərbaycanın Mədəniyyəti və İncəsənəti günləri, eləcə də Maxaçqalada və Qırmızı Körpüdə təşkil olunan Qafqaz Xalqlarının Folklor Bayramının ssenari müəllifi və teleaparıcısı olub. 1981-ci ildən Azərbaycan Demokratik Jurnalistlər Liqasının həmtəsisçisi və Birinci katibidir. Azərbaycan Jurnalistlər Konfederasiyası İdarə Heyətinin formalaşmasında və Azərbaycan Jurnalistlər Birliyinin yaradılmasında müstəsna xidməti olub. ”Media Azəbaycan” məlumat kitabının tərtibçisidir. “Məqam”, “Liqa” qəzetlərinin təsisçisi və baş redaktoru kimi jurnalistlik fəaliyyətini uzun illər davam etdirib. 300-dən artıq publisistik məqalənin, “Məad” və “Dərəbəylik” adlı telepyeslərin, “Kənar adam” kitabının, ADMİU-nun baş müəllimi kimi “Televiziya jurnalistikası” və ”Ekran publisistikası” tədris proqramlarının müəllifidir.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nizami Əsədov, kafedra müdiri, professor, Əməkdar İncəsənət xadimi, dramaturq Əli Əmirli, kafedra müdiri, professor, respublikanın Əməkdar artisti Azad Şükürov, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, şair Məmməd Əvəzoğlu, Masallı Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov, yubilyarın dostu, rəssam Azər Xankişiyev, şagirdi, Masallı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Niftiyeva və başqaları Zakir Abbası cəsarətli qələm sahibi, istedadlı jurnalist, sənətşünas, el-obasına qəlbən bağlı, vətənpərvər ziyalı, özünə və sözünə dəyər verən alicənab insan, şagirdlərinə, tələbələrinə ümid paylayan müəllim, etibarlı dost, səmimi və qayğıkeş ailə başçısı kimi xarakterizə edib, xatirələrini bölüşüblər. 
Səbəbkar haqqında fikirlərini səsləndirən natiqlər onun yazılarının özünəməxsusluğundan, yüksək vətəndaşlıq mövqeyindən söz salıblar: “Zakir Abbasın milli-mənəvi dəyərlərimizə, folklora, musiqimizə sevgi və diqqəti hər zaman olduğu kimi bu gün də yeni nəslə örnəkdir…” 
Yubilyarı təbrik edənlər ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar. 
Zakir Abbasın sinif yoldaşı, respublikanın Əməkdar artisti Nizami Mirzəyevin (gitara), qızı Humay Abbasın (kanon), eləcə də gənc solist Ruslan Zahidovun və digər musiqiçilərin ifasında səslənən həzin nəğmələr tədbirə xüsusi rəng qatıb. 
Yubilyara fəxri fərmanlar, hədiyyələr təqdim edilib.
Zakir Abbas tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbir yubilyarın iştirakçılara hədiyyə etdiyi “Kənar adamın ocağı” kitabının imzalanması ilə yekunlaşıb. 

Akif AĞAYEV,

foto: Elsevər Əliyev, 
Faiq Mirzə.

 

Sosial şəbəkələrdə paylaş:
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
Taekvondo üzrə ölkə kubokunun açılış mərasimi - Masallıda 21:29, 24 fevral 2024
“Xocalı naləsi” – Masallı Mədəniyyət Mərkəzinin səhnəsində 19:32, 23 fevral 2024
“Xocalı – qan yaddaşımız” – Masallıda tədbir 13:47, 23 fevral 2024
“Erkən nikahın fəsadları” – Masallıda maarifləndirici tədbir 15:41, 22 fevral 2024
Masallı məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub 22:56, 21 fevral 2024
Məktəbliyə zorakılıq edən yeniyetmədən paylaşım: Vecimə də deyil... 01:24, 21 fevral 2024
Separatçılara son ittihamlar elan ediləcək 21:27, 20 fevral 2024
Mədəniyyətə xidmətdə keçən 46 il 22:07, 19 fevral 2024
Ağacəkmə aksiyası – Masallıda 17:49, 19 fevral 2024
QIR-SAQQIZ “MÜSAFİR”LƏR 18:34, 17 fevral 2024
Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb - Masallıda 19:25, 16 fevral 2024
“Biz sağlam həyatı seçirik” – Masallıda tədbir 19:12, 15 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə