Bir dilənçi mötəbər bir məmurdan çörək pulu istəyəndə sədəqə yerinə aldığı cavabdan sonra beş-altı addım atmamış sinəsini tutub yerə yıxılıb. İnfarkt…GÜLAĞA TƏNHA:
...... DİLƏNÇİ ....
.
Yazıq bir an içində
Ölüdən betər oldu.
O anın qəm-qüssəsi
Ölməkçün yetər oldu.
.
Söz - yozumsuz yuxuymuş,
Söz - ömrünə oxuymuş…
Elə bil ki, yuxuymuş,–
Gözlərdən itər oldu…
.
Gəlmişdi aman ala,
Bir udum güman ala,
Gəlməmişdi can ala,
Can verib gedər oldu…
.
Bakı, 10.01.2005
Bütün hüquqlar qorunur © 2024