Təqvim
İsraildən sonra dünyadakı ikinci yəhudi DÖVLƏTİ
30 oktyabr 2023 - 19:23

İsraildən sonra dünyadakı ikinci yəhudi DÖVLƏTİ

Rusiyadakı radikal müsəlman dini təriqət üzvlərinin Dağıstanın Mahaçqala şəhərində İsraildən gələn təyyarənin sərnişinlərinə hücum etməsi ciddi rezonansa səbəb olub.
Radikallar İsrail-Fələstin müharibəsi fonunda yəhudilərin Rusiyaya gəlişinə etiraz ediblər. Bazar günü baş verən toqquşmalarda 20-dən çox adam yaralanıb.

Maraqlıdır ki, Mahaçqaladakı etirazçılar Rusiyada yəhidilərin kompakt yaşadığını unudublar...

Axı İsraildən sonra dünyada yeganə yəhudi inzibati-ərazi qurumu məhz Rusiyada yerləşir – bu, Yəhudi Muxtar Vilayətidir.

Mahaçqala hadisəsi Rusiya yəhudilərini ciddi şəkildə narahat edib.

Yəhudi muxtar vilayəti Rusiya Federasiyasının subyektlərindən biri olaraq həm də bu ölkədəki yeganə muxtar vilayətdir.

Vilayətin paytaxtı Birobican şəhəridir. Yəhudi muxtar vilayəti 1928-ci il may ayının 7-də yaradılıb. 

Yəhudi Muxtar Vilayəti Moskvadan 8000 kilometr şərqdə yerləşir. Cənubda Çinlə (Amur çayı boyunca), qərbdə Amur vilayəti ilə, şərqdə Xabarovsk diyarı ilə həmsərhəddir.

Yəhudi Muxtar Vilayəti federal bölgə olaraq Rusiya Federasiyasının Uzaq Şərq Federal Dairəsinə, iqtisadi bölgə olaraq isə Rusiya Federasiyasının Uzaq Şərq İqtisadi Bölgəsinə daxildir.

Qanunvericilik orqanı Yəhudi Muxtar Vilayəti məclisidir. Əsas qanunu isə vilayət Konstitusiyasıdır.

Ərazisi 36.000 km² olan Yəhudi Muxtar Vilayətində əhalinin sayı 2023-cü ilə olan məlumata görə, 147 458 nəfərdir. Amma əhalinin milli tərkibinə gəlincə, vilayətdə yaşayanların cəmi 0,6 faizini yəhudilər təşkil edir. Əhalinin 0,9 faizi ukraynalılar, 97,7 faizi isə ruslardı.

Bu fərq vaxtilə muxtar vilayətdə yaşayan yəhudilərin 1994-1998-ci illərdə kütləvi şəkildə Rusiyanı tərk etmələri nəticəsində yaranıb. Belə ki, həmin müddətdə yəhudilərin 59 faizi Rusiyadan İsrahilə mühacirət edib.

Yəhudi Muxtar Vilayətinin rəsmi dövlət dilləri idiş dili və rus dilləridir.

Vilayətə hazırda milliyətcə yəhudi olan Rostislav Qoldşteyn qubernatorluq edir.

A.Qorxmaz

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə