Qənim kəsilərik günün birində, Başımız üstündə Tanrının səsi: Şəri boğazından çəkərək dara, Hər qala bir yeni qələbə himni,Gülağa Tənha:
VƏTƏN DAŞLARI
Yalanla, fitnəylə baş qatanlara,
Vətəndə Vətəndaş olmaq yerinə
Millətin yoluna daş atanlara.
Kükrəsin çeşmələr, çalxansın dəniz!,
Qar qara torpağı ağartdığıtək,
Ağarsın Şuşada qara üzümüz!
Qurudar gözlərdən axan yaşları,
Bir-bir sarmanaraq al sabahlara
Qalalar hörəcək vətən daşları.
Hər qala bir ümid çeşməsi, odu,
Gələcək nəsillər zülmün qənimi,
Sayacaq, bugünkü vətəndaşları…
Bütün hüquqlar qorunur © 2024