Yazıram tazə qəzəl Xatirə Sultan xanıma,Məmməd Əvəzoğlu:
Xatirə Sultan Xanıma
Çünkü borcum var ona, əhd eləyim peymanıma.
Mən onun incə qəzəl aləminin aşiqiyəm,
O da pərvanə kimi döndü sənət heyranıma.
Bu gözəllər gözəli türfə qəzəl nəqqaşıdır,
Yazdığı ləzzət edir, and içirəm vicdamıma!
Doğulan gündü bu gün Xatirə Sultan xanımın,
Yaraşıqdır bu gözəllikdə gözəl dövranıma.
Ləblərindən süzülən hər sözü zər danəsidir,
Yayılır yağ kimi söhbətləri şirin canıma.
Allahım şairə can sağlığı versin.Amin.
Həmişə fəsli-baharımda gələn mehmanıma.
Məhəmməd, Xatirə Sultan xanımı vəsf elədin,
O da amin deyəcəkmi bu qəzəl qurbanıma?
Xatirə Xatun
Bu lətafətdə qəzəl ki mənə yazdın, Məmməd,
Layiqi var yayıla cümlə Azərbaycanıma!
Məmməd Əvəzoğlu.15.09.2023.
Bütün hüquqlar qorunur © 2023