Gülağa Tənha: MƏN KİMƏM
.
Gözü nurdan düşənə
Çıraq ünvanıyam mən.
Ürəyi yananlara
Bulaq ünvanıyam mən.
.
Cihada gedənlərə
Bayraq ünvanıyam mən.
Döyüşə atılana
Yaraq ünvanıyam mən.
.
Dünyanı sevənlərə
Maraq ünvanıyam mən.
Köməyə möhtaclara
Soraq ünvanıyam mən!
.
Mart, 2001
Bütün hüquqlar qorunur © 2023