Gülağa Tənha:
SAVAB İŞ, SAVAB ƏMƏL
.
Bir qərib yolçu yolda
Gürşad yağışa düşüb.
Bədduaya tuş olub,
Yoxsa qarğışa düşüb?
.
Özü dərd duymuşdumu,
Dərdini kimsə duya?
İndi gəlib sığınıb
Bir kimsəsiz kahaya.
.
Bir heybəyə yük edib
Dövlətini, varını.
Yazıq bilmir nə yolla
Quruda paltarını.
.
Soyuqdan donanlara
Ocaq olurmuş kaha.
Yolundan qalanlara
Dayaq olurmuş kaha.
.
Kahaya sığınanlar
Nə ağlayar, nə gülər.
Savab nə olduğunu
Hər işi, hər əməli
Yağışa düşənlərə
Kaha olanlar bilər!
.
Moskva, noyabr, 1992
Bütün hüquqlar qorunur © 2023