Təqvim
İlham Əliyev və Macarıstanın baş naziri arasında məktub mübadiləsi olub
05 may 2022 - 12:18

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir:

“Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə Sizə ən xoş arzularımı yetirirəm.

Şadam ki, son üç onillikdə ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edib və biz qarşılıqlı hörmətə əsaslanan sıx strateji tərəfdaşlıq münasibətləri qurmuşuq.

Sizi əmin edirəm ki, Macarıstan siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsinə sadiqdir. Ümumi məqsədlərimizə nail olmaq üçün Siz bundan sonra da hökumətimin dəstəyinə arxalana bilərsiniz. İnanıram ki, enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi və macar şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı danışıqlar uğurla nəticələnəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurla arzu edirəm”.

Eyni zamanda Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu göndərib.

 

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Macarıstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Müasir diplomatik əlaqələrimizin tarixi 30 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Macarıstan Azərbaycan üçün yaxın dost və tərəfdaş ölkədir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən onilliklər ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz daha da genişlənmişdir.

Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.

Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz Macarıstandan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

Azərbaycan ilə Macarıstan həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Macarıstanın Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi və Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan Respublikası ilə Macarıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Sosial şəbəkələrdə paylaş:
Rusiyaya sülh yox, hücum üçün vaxt lazımdır - ZELENSKİ 23:02, 18 may 2023
Gülağa Tənha:  TƏBİƏT MƏNİ BAĞIŞLASAYDI23:15, 16 may 2023
VİDEO: İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış şəxslər saxlanılıb14:00, 16 may 2023
Masallıda 51 min əhalinin istifadə etdiyi yolun əsaslı təmiri davam edir 01:29, 15 may 2023
Gülağa Tənha: YOLUMUZ UZAQDI21:26, 14 may 2023
Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış edib - VİDEO16:23, 14 may 2023
Brüsseldə üçtərəfli görüş BAŞLADI 16:19, 14 may 2023
ƏRKİVANIM FACEBOOK-qrup01:36, 14 may 2023
Ermənistanın PUA məntəqəsinin məhv edilməsinin yeni görüntüləri - VİDEO23:37, 13 may 2023
Gülağa Tənha: TƏCNİS21:58, 13 may 2023
Hərbi attaşelərə erməni təxribatı barədə məlumat verildi - VİDEO 20:57, 13 may 2023
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz Məhəmməd Qarayev dəfn olunub. 14:52, 13 may 2023
Ermənistan zərbə PUA-larından istifadə edir - Növbəti təxribat18:37, 12 may 2023
Pakistanın sabiq baş naziri İmran Xan azadlığa çıxıb. 18:26, 12 may 2023
Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşınını (KŞM) məhv edib. 17:32, 12 may 2023
Düşmənə zərbələr davam edir 15:24, 12 may 2023
ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxunub  19:07, 11 may 2023
Hacı Şahinin qızı “Məşədi Dadaş”ı tərk etdi: Yetimlər yurdsuz qaldı18:46, 11 may 2023
Sahibkarlara VACİB XƏBƏR: Yoxlamalarla bağlı mühüm DƏYİŞİKLİK18:42, 11 may 2023
Xəzər rayonun zibilliklərə qərq olmuş gözdən uzaq guşələri - ARAŞDIRMA20:37, 09 may 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə