Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanın mətni: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 1. “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq edilsin. 2. “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Bütün hüquqlar qorunur © 2025