Təqvim
"Biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik" - İlham Əliyev
19 aprel 2022 - 16:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Avropa İttifaqının nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

 

“Sizi bir daha görməyə çox şadam. Şadam ki, Brüsseldəki görüşümüzdən sonra bizi ziyarət edirsiniz. Çox konstruktiv, yaxşı nəticələri və nailiyyətləri olan üçtərəfli görüşdən sonra artıq iki həftə keçib. Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Prezident Şarl Mişelə minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qruplarının yaradılması barədə razılığa gəldik. Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danlışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliyəşi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir.

 

Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidr. Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.

 

Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik.

 

Lakin mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi mövqeyimizi ifadə etmək istədim”.

 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib:

 

“Təşəkkür edirəm, cənab Prezident. Həmçinin Prezident Mişel də Sizə ən xoş arzularını çatdırır. Qeyd etdiyiniz kimi, o, prosesə və prosesin dəstəklənməsinə çox sadiqdir. Onun fikri, bizim fikrimiz ondan ibarətdir ki, Brüsseldəki görüş çox uğurlu oldu. Qeyd etdiyiniz kimi, biz razılaşdırılmış məsələlərin həyata keçirilməsi və davam etdirilməsinin təmin olunması üzərində işləməliyik. Mənim səfərimin məqsədi bundan ibarətdir. Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyəmizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm”.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə