Ukraynanın Xmelnitsk vilayətində Vladimir Leninin sonuncu heyəkli sökülüb. Bu barədə “Dekommunizasiya Ukraina” (“Ukraynanın komminnizsizləşdirilməsi”) İctimai Hərəkatın qurucusu Vadim Pozdnyakov bu barədə feysbuk səhifəsində yazıb. “Xmelnitsk vilayətində Kamenes-Podolsk yaxınlığında yerləşən Mileviç kəndindən Leninin sonuncu heykəli uçurulub. İndi növbə Vinnisk və Poltava vilayətlərindəki iki heykəlindir. Bu ilin sonunadək ölkə Leninin heykəlindən tamamilə təmizlənəcək”, - V.Pozdnyakov bildirib.
Bütün hüquqlar qorunur © 2025