Çapa göndər
Ukraynada Leninin heykəlləri sökülüb

10 sentyabr 2021 - 16:19

Ukraynanın Xmelnitsk vilayətində Vladimir Leninin sonuncu heyəkli sökülüb.

 

Bu barədə “Dekommunizasiya Ukraina” (“Ukraynanın komminnizsizləşdirilməsi”) İctimai Hərəkatın qurucusu Vadim Pozdnyakov bu barədə feysbuk səhifəsində yazıb.

 

“Xmelnitsk vilayətində Kamenes-Podolsk yaxınlığında yerləşən Mileviç kəndindən Leninin sonuncu heykəli uçurulub. İndi növbə Vinnisk və Poltava vilayətlərindəki iki heykəlindir. Bu ilin sonunadək ölkə Leninin heykəlindən tamamilə təmizlənəcək”, - V.Pozdnyakov bildirib.