Təqvim
Hadrut ətrafında ələ keçən erməni silahlılarının komandiri məhkəmə qarşısında
30 avqust 2021 - 19:31

Ötən ilin dekabrında, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Çaylaqqala və Köhnə Tağlar kəndlərinə sızıb orada mövqe tutmuş bir qrup erməni hərbçisinin komandiri Arsen Kazaryan Ermənistanda mühakimə olunur. Podpolkovnik Arsen Kazaryan erməni hərbi qulluqçularının əsir alınması işinə görə əsas təqsirləndirilən şəxsdir. Həmin hərbi qulluqçular noyabrın sonlarında Ermənistanın Şirak və Armavir vilayətlərindən gətirilərək Laçın dəhlizindən keçməklə azad edilmiş ərazilərin içərilərinə sızdırılmışdı. Onlar hərbi əməliyyatların başa çatmasından sonra tutulduqları üçün hərbi əsir sayılmırdı.

 

Xatırladaq ki, Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən tutulmuş 62 erməni hərbçisinin işi üzrə Bakıda bir neçə mərhələdə məhkəmə prosesi keçirilib. Azərbaycan tərəfi bu qrupun üzvlərindən bir qisminə yüngül cəza verməklə həbsdən buraxıb. Bakının bu humanitar jestinə cavab olaraq erməni tərəfi işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin bir qismini təqdim edib. Dəstə üzvlərindən bir qismi isə 6 il həbs cəzası alıblar.

 

Bu erməni hərbçilərinin işi üzrə məhkəmə prosesində təqsirləndirilənlər həmin Arsen Kazaryanın adını dəfələrlə çəkiblər. Onları Hadrut ətrafına Kazaryanın gətirdiyini deyiblər. Bildiriblər ki, Kazaryan onlara postda növbə çəkənləri əvəzləmək üçün Azərbaycan ərazilərinə gətirildiklərini deyib. Amma daha sonra özü onları tərk edərək aradan çıxıb.

 

İndi Kazaryan Yerevan məhkəməsində bildirir ki, ona qarşı irəli sürülən ittihamı qətiyyən qəbul etmir. Çünki 44 günlük müharibə zamanı əmrləri “qüsursuz” yerinə yetirib və əlindən gələni edib ki, tabeçiliyində olanlar ölməsinlər və əsir alınmasınlar.

 

Kazaryan deyir ki, onun bölməsini Çaylaqqala kəndinə hansısa döyüş vəzifəsi olmadan göndərmişdilər. Onlar kəndin ətrafında mövqe tutmalı və əvəzlənəcəklərini gözləməli idilər. Rəhbərlik isə onları əmin edibmiş ki, Azərbaycan tərəfi hücum etməyəcək.

 

“Rəhbərliklə əlaqə ancaq mobil rabitə ilə mümkün idi. Dekabrın 13-də Azərbaycan tərəfi onqat üstün qüvvələrlə hücum etdi. Bizə 20 dəqiqə vaxt verildi ki, silahlarımızı təhvil verib təslim olaq. Rəhbərliklə əlaqə saxlaya bildik, amma bizə dedilər ki, danışıqlar gedir və azərbaycanlılar hücum etməyəcək. Kömək gəlmədi, düşmən hücum etdi və sursatımız qurtaranda biz geri çəkildik”,-o deyir.

 

Kazaryan bildirir ki, onu Köhnə Tağlar kəndində hərbçilərin əsir alınmasına görə günahlandırırlar. Amma həmin bölmə onun komandanlığı altında deyildi və necə əsir düşdüklərini bilmir.

 

Kazaryanın vəkili Vaan Ovanisyan isə bildirib ki, hakimiyyət onun müdafiə etdiyi şəxsi “günah keçisinə” çevirmək istəyir. Onun sözlərinə görə, podpolkovniki dairəvi müdafiənin təşkili barədə əmri yerinə yetirməməkdə günahlandırırlar. Hansı ki, Kazaryan belə əmr almayıb və belə yazılı əmr mövcud deyil.

 

“Biz baş nazir Nikol Paşinyanın və bəzi XİN nümayəndələrinin dindirilməsi üçün vəsatət qaldıracağıq. Çünki onlar insident barədə cinayət işində olmayan informasiyalar haqda danışırlar, istintaq orqanı isə düşmənin hücum etməsi barədə bizim dediklərimizə skeptik yanaşır”,-vəkil deyib.

 

 Kazaryanın sabah məhkəmə zalında həbs olunacağı gözlənilir.Virtualaz

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
Əmək pensiyalarının hesablanması qaydası DƏYİŞDİ 12:56, 22 noyabr 2023
Əskik və artıq ödənilmiş pensiyalar necə əvəz ediləcək... 11:36, 22 noyabr 2023
Çingiz Abdullayev jurnalisti məhkəməyə verir 15:45, 21 noyabr 2023
Halayın Mirish Hüseynovla ATV - dəki çıxışı 15:50, 20 noyabr 2023
Masallıda yeni məktəb binası istifadəyə verilib 15:06, 15 noyabr 2023
"Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni 15:01, 12 noyabr 2023
Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi TƏSDİQLƏNDİ 11:15, 12 noyabr 2023
İran Prezidenti də Səudiyyə Ərəbistana getdi 00:57, 12 noyabr 2023
Gülağa Tənha: Nələr çəkdiyini dərd çəkən bilər...18:09, 11 noyabr 2023
Göyçayda Nar Festivalına start verildi - FOTOLAR 17:19, 11 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə