Təqvim
Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru cənab Martin Şüeppi qəbul etmişdir
08 dekabr 2020 - 15:51

2020-ci il 7 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru cənab Martin Şüeppi qəbul etmişdir.
 

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin 10 noyabr tarixində imzaladığı birgə bəyanatdan sonra regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımlar barəsində məlumat verərək, birgə bəyanat ilə atəşkəsin təmin edildiyini, hərbi fəaliyyətlərin dayandırıldığını və bununla əlaqəli şəkildə Azərbaycan Respublikasının işğal edilmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdırdı. Birgə bəyanatın icra edilməsi ilə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı vurğulandı.
 

Bölgədə yaranmış yeni şərait nəzərə alınmaqla, BQXK-nın Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə bütün insanların həyat şəraitinin yaxşılaşdırılması və dinc birgəyaşayışın təmin edilməsi işinə özünün müsbət töhfəsini verəcəyinə ümid ifadə edildi.
 

Öz növbəsində cənab Martin Şüepp Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlığın, o cümlədən təşkilatın mandatının əsasını təşkil edən beynəlxalq humanitar hüquqa əməl edilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların BQXK tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn BQXK-nın mandatına aid müvafiq məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verdi.
 

Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyi və effektivliyinin daha da artırılması yolları müzakirə edildi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə